• $
  • €
  • ₽
  • ₺
  • £

Hərbçilərə əmək pensiyası hərbi xidmətdən buraxıldığı gündən təyin olunacaq

Hərbçilərə əmək pensiyası hərbi xidmətdən buraxıldığı gündən təyin olunacaq
07.06.2024 13:26
Hərbçilərə əmək pensiyası hərbi xidmətdən buraxıldığı gündən təyin olunacaq.
 
Bu, parlamentin bu gün keçirilən plenar iclasında "Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, "Əmək pensiyaları haqqında” qanunu ilə hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərin, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslərin, hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslərin və ali zabit heyətinə aid şəxslərin əmək pensiyasının yenidən hərbi xidmətə qəbul edilməsi ilə əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanması mümkün olmuşdur. Bu redaksiyanın qanunda mətn üzrə aidiyyəti maddələrdə göstərilməməsi bu şəxslərin əmək pensiyasının yenidən hesablanmasında çətinlik yaradır. Odur ki, bu şəxslərin əmək pensiyasının yenidən hesablanmasnın dəqiqləşdirilməsi üçün dəyişiklik təklif olunur.

Bundan əlavə, qanunun 9.5.2-ci və 20.14.2-ci maddələrində müvafiq olaraq "25 təqvim ili” ifadəsindən əvvəl "buraxıldığı günə” sözlərinin əlavə edilməsində məqsəd şəxsin hərbi xidmətdə qalmasını təşviq etmək, eləcə də daha çox xidmət edən hərbi qulluqçu ilə qeyd olunan maddələrə əsasən daha az xidmət edən və pensiya hüququ əldə edən hərbi qulluqçuların pensiya məbləğləri arasında ədaləti qorumaqdır.

Belə ki, qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxıldığı günə 20 təqvim ili hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi miqdarında pensiya verilir. Əgər, hərbi xidmətdən yaşa görə buraxılmış və buraxıldığı günə 12 il 6 ay hərbi xidmət keçmiş, həmin tarixə 25 il ümumi iş stajı olmayan, lakin sonradan işləyərək bu tələbi tamamlayan şəxslərə də hərbi qulluqçu kimi pensiya hüququ yaradılarsa, onda bu Qanunun 20.14.2-ci maddəsinə əsasən həmin şəxslərə də müvafiq təminat xərcliyinin 50 faizi miqdarında pensiya verilməli olduğu anlaşıla bilər.

Layihə müzakirələrdən sonra III oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol