Azərbaycanda mina qurbanlarının sayı 369-a çatıb

2020-ci ildən bəri Azərbaycanda mina qurbanlarının sayı 369-a çatıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" hesabında paylaşım edib.
"Dünən və bu gün daha bir ANAMA-nın bir əməkdaşı Ermənistanın basdırdığı mina partlayışında həlak olub, bir neçəsi isə ağır yaralanıb. Ermənistanın mina təhlükəsi azərbaycanlıların həyatını hələ də təhdid edir. Nəticədə 2020-ci il müharibəsindən bəri mina qurbanlarının ümumi sayı 369 nəfərə yüksəlib. Bu ölümcül təhlükə ilə mübarizə üçün beynəlxalq səylərin səfərbər edilməsi insan həyatının qorunması naminə hər zamankından daha vacibdir", - paylaşımda qeyd olunub.
2020-ci il noyabrın 10-dan 2024-cü il mayın 28-ə kimi 361 nəfər minaya düşüb, onlardan 68 ölüb, 293-ü müxəlif xəsarətlər alaraq yaralanıb.
Bu müddətdə mina qurbanı olan 181-i mülki şəxsdən 53-ü ölüb, 128-i yaralanıb, 180 nəfər mina qurbanı olan hərbi şəxsdən isə 15-i ölüb 165-i yaralanıb.
ANAMA tərəfindən 1991-ci ildən bu günə qədər 3440 mina qurbanı qeydə alıb ki, onlardan 358-i uşaq, 38-i qadınlardır.
"Azərbaycanın mina qurbanları artmaqda davam edir. Əsas qurbanlar günahsız mülki şəxslər və minalardan təmizləmə əməliyyatçılarıdır. Ermənistan əvvəllər işğal olunmuş Azərbaycan torpaqlarına milyonlarla mina yerləşdirib", - Hacıyev paylaşımında qeyd edib.
Mayın 20-26-da işğaldan azad olunan 1 164.9 hektar ərazi minalardan təmizlənib.
Azad olunan ərazilərdə 32 tank əleyhinə mina, 172 piyada əleyhinə mina, 274 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
2023-cü il ümumilikdə Qarabağda 129 min 831 hektar ərazi minalardan təmizlənib.
2020-ci il Vətən Müharibəsindən sonra 350 nəfər mina qurbanı olub.
Azərbaycan hazırda dünyada minalardan əziyyət çəkən ilk 10 ölkə arasında yer alıb.
Hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
Aygün
www.anews.az
Son xəbərlər 
Daha çox 























