Siyavuş Novruzov və Sevinc Hüseyovanın deputatlığa namizəd ola bilməyəcəyi deyilir

VI çağırış Milli Məclisin deputatları Siyavuş Novruzov və Sevinc Hüseynovanın növbədənkənar parlament seçkilərində namizədliyi irəli sürülməyəcəyi deyilir.
"Report"un xəbərinə görə, buna səbəb onların adının Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının tərkibinə daxil edilməsidir.
Faktı "Report"a partiyadakı mənbə də təsdiqləyib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























