• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 8-9 bal gücündə zəlzələ ola bilər - VİDEO

Bakıda 8-9 bal gücündə zəlzələ ola bilər - VİDEO
12.02.2014 11:30
Bakının Bayıl qəsəbəsi, Qaradağ rayonu, Milli Parka yaxın əraziləri, bir sözlə Xəzər dənizinə yaxın qəsəbə və rayonlar seysmik baxımdan aktiv zonalar hesab olunur. Bu isə o deməkdir ki, ən güclü zəlzələ ocaqlarının mövcud olduğu Xəzər dənizindəki xırda bir təkan, həmin ərazilərdəki yaşayış binalarına təsirsiz ötüşməyəcək. Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirirlər ki, bu gün paytaxt ərazisində baş verə biləcək zəlzələ 8-9 baldan yuxarı ola bilməz. Yəni yerin qurunt şəraitinə uyğun olaraq bu səviyyə artarsa ola bilər ki, Bakının müəyyən ərazisində ən çoxu 9 bal gücündə zəlzələ baş versin.Bütün bundar nəzərə alaraq köhnə və müasir binalarda seysmik təhlükəsizliyin təmin olunması üçün təkliflər planı hazırlanır. “Hündürmərtəbəli yaşayış binalarında seysmik davamlılığı müəyyən etmək üçün monitorinqlərin aparılması zəruri hesab edilir. Bunun üçünsə ilk növbədə Nəriman Nərimanov heykəli ətrafındakı yaşayış binalarında bu işin başlanması təklif olunur”. Ölkədəki seysmik təhlükəsizlik sistemi ilə bağlı dövlət proqramı üzərində çalışan AMEA-nın Kibernetika institutunun direktoru Telman Əliyev, həmin ərazidəki binaların bir neçəsində lokal sistemlərin quraşdırılmasını vacib hesab edir. Onun fikrincə, paytaxtdakı zəif zəlzələlərdən sonra monitorinqlər vasitəsi ilə hündür binaların seysmodayanıqlılığının dəyişməsini mümkün etmək olar. Burda isə əsas məqsəd zəlzələnin vura biləcəyi zərəri əvvəlcədən minimuma endirməkdir.Ekspertlər isə hesab edir ki, ölkədə 8-9 bal gücündə zəlzələ baş verərsə, o zaman köhnə binaların dağılmaq təhlükəsi yüksəkdir. Ona görə yox ki, onlar yaxşı inşa edilməyib, sadəcə ona görə ki, həmin binaların o zamankı seysmik göstəriciləri 6 balla qiymətləndirilib. Müasir tikililərdə körpülərdə yol qovşaqlarında seysmik göstəricinin 8-9 bala uyğun olduğunu deyən seysmoloji xidmət mərkəzinin şöbə müdiri Tahir Məmmədli yeni binaların zəlzələyə davamlı və təhlükəsiz olduğunu bildirdi. Ölkədəki zəlzələ ocaqlarının əvvəlcədən müəyyən etmək üçün seysmoloji xəritələr yaradıldığını, vaxtaşırı müxtəlif ərazilərdə monitorinq aparıldığın deyən şöbə müdiri ölkə ərazisindəki təhlükəli zəlzələ ocaqlarından da söz açdı.Şöbə müdiri, Telman Məmmədli: “Böyük və kiçik Qafqazın Azərbaycan hissəsində Şamaxı, İsmayıllıda 9 ballıq zəlzələ ola bilər. Yəni təhlükəli ərazilərdir. Mən düşünmürəm ki, zəlzələnin vaxtını əvvəlcədən demək mükün olsun, amma bu sahədə irəliləyişlər var ki, biz hansı ərahzilərdə yerləşən binaların 8-9 bala uyğun olduğunu üzə çıxara bilərik”. Ölkədə güclü zəlzələnin baş verə biləcəyini əvvəlcədən müəyyən etmək mümkün olmadığından istənilən təbiət hadisələrinə hazırlıqlı olmaq lazımdır. Zəlzələ baş verərsə, qəzalı vəziyyətdə olan yaşayış binalarına girməmək tövsiyyə olunur. Çünki zəlzələnin avtoşokları zədələnmiş binanı daha da silkələyib dağıda bilər. Ona görə də ehtiyatı əldən verməmək lazımdır. (ANS TV)
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol