Zahid Orucun yerinə Bərdədən deputat kim olacaq?

Azərbaycan Üzgüçülük Federasiyasının sədri Xanlar Fətiyev Bərdənin və Tərtərin bəzi kəndlərini əhatə 98 saylı dairədən namizədliyini irəli sürüb. Bu barədə yerli mətbuatda məlumat paylaşılıb.
İndiyədək həmin dairəni deputat kimi Zahid Oruc təmsil edirdi.
Bir gün əvvəl deputat "X" sosial hesabında yazaraq bildirib ki, bu il keçirilən növbədənkənar parlament seçkilərində 33 saylı Xətai dairəsindən namizədliyini irəli sürəcək.
Hazırda həmin dairədən REAL partiyasının sədri Natiq Cəfərli də namizədliyini irəli sürüb.
İndiyədək həmin dairənin deputatı Hüseynbala Mirələmov olub. Sonuncu seçkilərdə isə həmin dariənin nəticələri ləğv olunub.
Gülnar Nazimqızı
www.anews.az
Son xəbərlər 
Daha çox 























