• $
  • €
  • ₽
  • ₺
  • £

Yasamal rayonundan nümunəvi addımlar

Yasamal rayonundan nümunəvi addımlar
17.07.2024 10:26
Rayon ərazisində yol kənarlarında vətəndaşların hərəkətinə çətinlik yaradan obyektlər aradan qaldırılır, ərazilər təmizlənir və abadlaşdırılır
 
 
Son bir neçə ay ərzində paytaxtın Yasamal rayonunda abadlıq və səliqə-səhmanın yaradılması üzrə genişmiqyaslı işlərə start verilib. Söhbət hələ 90-cı illərin əvvələrində kortəbii şəkildə meydana çıxmış və bu gün artıq ictimai narazılığa səbəb olan kommersiya obyektlərinin fəaliyyətindən gedir. Məlum olduğu kimi, o illərdə Bakı məcburi köçkünlərin böyük axını ilə üz-üzə qalmışdır. O zaman qaçqın və köçkünlərin sosial durumu çox ağır idi və ölkəmiz müharibə vəziyyətində idi. Ona görə də bu kateqoriyadan olan insanlara müəyyən güzəştlər edilmişdi. Amma məlum olduğu kimi artıq torpaqlarımız azad edilib və "Böyük qayıdış” proqramının icrası başlayıb. Minlərlə məcburi köçkün artıq doğma yurdlarına qayıdır. Elə şəhərimizin Yasamal rayonunda fəaliyyət göstərən obyektlərin bir çoxunda məcbiri köçkünlər və əyalət sakinləri üstünlük təşkil edir. Bir müddət öncə Ətçilər kimi tanınan ərazidə 30 ilə yaxın fəaliyyət göstərmiş ət kəsimi məntəqələri, kafe və qəssabxanalar söküldü. Yasamal Rayon İcra Hakimiyyətinin bu addımını yalnız və yalnız alqışlamaq olar.Sirr deyil ki, bu ərazidəki vəziyyət uzun zaman ətraf sakinlərin şikayətlərinə səbəb olurdu. İndi artıq bu ərazidə səkilər azad edilib, küçə təmizlənib və səliqə-səhman yaradılıb.

Təxminən eyni fikirləri Şərifzadə küçəsində yerləşən, ali məktəb yataqxanasına aid,ərazi barədə də demək olar. Uzun illər burada küçə boyunca avtoyuma, təmirxana, kafe və digər obyerktlər qanunsuz fəaliyyət göstərib.Sənədsiz, heç bir vergi ödəməyən və şəhərin ümumi görünüşünə xələl gətirən bu obyektlərin söküntüsünə görə Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşlarına həqiqətən böyük təşəkkür düşür.Uzun zaman burada antisanitariya və bərbad vəziyyət hökm sürüb.Artıq bu hallara son qoyulub və ərazidə səliqə-səhman və abadlıq yaradılır.

Oxşar fikirləri Yeni Yasamal massivi 11-12 binaların həyətindəki yöndəmsiz tikili və qarajlar barədə də demək olar.Bu ünvanda uzun on illiklər öncə meydana çıxmış müxtəlif təyinatlı obyekt, tikili və avtoqarajlar aradan qaldırılıb və ərazidə təmizlik və səliqi-səhman yaradılır. Bildirildiyinə görə, bu ünvanda geniş abadlıq işləri görüləcək və müvafiq layihə növbəti tədbirlər planına daxil edilib.

Bir sözlə son zamanlar Yasamal rayonunda yol kənarlarında qeyri-qanuni və vətəndaşların hərəkətinə çətinlik yaradan obyektlərin söküntüsü həyata keçirilir, hasarlar sökülür və ərazilər təmizlənir. Digər ərazilərdə də tikilən bir sıra müxtəlif təyinatlı obyektlərin sənədləri araşdırılır. Araşdırmalar nəticəsində müəyyən olunmuş pozuntuların aradan qaldırılması gözlənilir.

Bütün bu addımların  əsas məqsədi Yasamal rayonunun gözəlləşdirilməsi, sakinlərin sosial və asudə şəraitinin yaxşılaşdırılması, onları narahat edən amillərin aradan qaldırılmasıdır.Hazırda  Bakı şəhəri COP- 29 kimi böyük beynəlxalq tədbirə hazırlaşır və on minlərlə xarici qonaq şəhərimizə gələcək.Bu baxımından şəhərimiz bu tədbiri ən nümunəvi halda və beynəlxalq standartlara uyğun bir şəkildə qarşılamalıdır.
 
www.anews.az

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol