• $
  • €
  • ₽
  • ₺
  • £

Qanunvericiliyin tətbiqinə dair təklifləri toplamaq üçün onlayn platforma yaradılıb

Qanunvericiliyin tətbiqinə dair təklifləri toplamaq üçün onlayn platforma yaradılıb
22.07.2024 16:44
Hüquq və İnsan Haqları İnstitutu (İnstitut) Praktikaya aid siqnallar Sorğusu (PASS) platformasını istifadəyə verib. Bu barədə institutdan məlumat verilib.


Bildirilib ki, PASS platformasının məqsədi qanunların tətbiqində insan hüquqlarının təmin edilməsi və şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların ifşa olunması və qanunvericiliyin tətbiqi praktikasının təkmilləşdirilməsi proseslərinə töhfə verməkdir. Platforma hüquqşünaslara və sıravi vətəndaşlara praktikada bu və ya digər qanunun, yaxud aktın tətbiqi ilə bağlı boşluqlar və ya problemlər barədə vahid bir platforma üzərindən məlumat və təklif vermək imkanı yaradır.


Qanunvericilik sistemində 54 000-dən yuxarı normativ hüquqi akt (o cümlədən, 6000+ qanun, 8000+ Azərbaycan Respublikası Prezidentinin fərmanları), normativ xarakterli aktlar və qeyri-normativ hüquqi aktlar (o cümlədən, 15000+ Azərbaycan Respublikası Prezidentinin sərəncamları və 3000+ Nazirlər Kabinetinin sərəncamları) mövcuddur. Lakin hüquqşünaslar və digər vətəndaşlar praktikada qanunların, yaxud digər hüquqi aktların tətbiqi ilə bağlı boşluqlar və ya problemlərlə rastlaşdıqda onların bu məqamlar barədə vahid bir mərkəzə təklif vermək imkanı yox idi.


Artıq istənilən şəxs qanunvericiliyin tətbiqi ilə əlaqədar rastlaşdığı problemi və təklifi "çat lövhə” formatında fəaliyyət göstərən PASS platformasında əks etdirə biləcək və digər şəxslər də buna dair öz qeydlərini əlavə edə biləcəklər.


Qeydlərin və təkliflərin göndərilməsi üçün xüsusi qeydiyyat tələb edilmir. Bu, şəxslərin seçimi ilə, həmçinin, anonim olaraq da yüklənə bilər. Qeydlər və təkliflər rübdə 1 dəfə İnstitut tərəfindən ümumiləşdirilərək, elmi baxımdan araşdırılacaq və aidiyyəti qurumlara xülasə formasında göndəriləcək.


PASS platforması "İctimai iştirakçılıq haqqında” Qanunla nəzərdə tutulan ictimai iştirakçılığın bir aləti olaraq "ictimai rəyin öyrənilməsi” funksiyasını yerinə yetirəcək. Eyni zamanda, hüquqşünaslar bu və ya digər məqamlara dair hüququn tətbiqi praktikasını izləmək və öz fəaliyyətlərini ona uyğunlaşdırmaq imkanı əldə edəcəklər.


PASS platforması ilə bu linkdən tanış olmaq olar: https://lhri.az/az/pass

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol