• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan məktəbliləri Avropa Qızlar İnformatika Olimpiadasında medal qazandılar

Azərbaycan məktəbliləri Avropa Qızlar İnformatika Olimpiadasında medal qazandılar
01.08.2024 18:26
21-27 iyul tarixlərində Niderlandın Veldhoven şəhərində keçirilən 4-cü Beynəlxalq Avropa Qızlar İnformatika Olimpiadasında Azərbaycanı təmsil edən məktəbli qızlar vətənə mükafatlarla geri dönüblər.
 
56 ölkədən 194 məktəbli qızın qatıldığı beynəlxalq müsabiqədə məktəblilərimiz 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar. 
Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Rahidil Bayramlı və Bakı Modern Təhsil Kompleksinin 11-ci sinif şagirdi Nigar Hacıyeva bürünc medal, Gəncə şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Ayan Kərimova isə həvəsləndirici mükafat qazanıb.  

2017-ci ildən etibarən Azərbaycan məktəblilərinin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi "Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgələrini və paytaxt məktəblərini təmsil edən şagirdlər fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə ölkəmizi uğurla təmsil edərək 72 medal əldə ediblər.  Həkim tap

Azercell qalib qızları ürəkdən təbrik edir, uğurlarının davamlı olmasını arzu edir

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol