• $
  • €
  • ₽
  • ₺
  • £

Asim Mollazadənin seçkilərdə rəqibi siyasətçi İlqar Məmmədov olacaq

Asim Mollazadənin seçkilərdə rəqibi siyasətçi İlqar Məmmədov olacaq
05.08.2024 12:20
REAL Partiyasının sədri İlqar Məmmədovun sentyabrında 1-də növbədənkənar parlament seçkilərində iştirak etməsi üçün namizədliyi təsdiq olunub. Bu barədə siaysətçi öz sosial hesabında paylaşım edərək bildirib. 
 
Partiya sədri 22 saylı  Nəsimi-Yasamal Seçki Dairəsindən namizədliyini irəli sürüb. 
 
Hazırda həmin dairədən təmsil olunan deputat Asim Mollazadədir. 
 
Bu dairədən Yeni Azərbaycan Partiaysının namizədi isə "Dental Estetik Center" klinikasının təsisçisi Xaliq Hüseynovdur.
 
Növbədənkənar parlament seçkilərində ölkədə fəaliyyət göstərən 25 siyasi partiyadan 24-ü iştirak edəcək. Təkcə Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə iştirak etməkdən imtina edib. 
 
İndiyədək 481 nəfərin namizədliyi rəsmən qeydə alınıb, onlardan 459 nəfərin namizədliyi 25 siyasi partiya tərəfindən irəli sürülüb, qalanları isə özünün namizədliyini irəli sürüb. Ölkədə qeydiyyatdan keçmiş 26 siyasi partiyadan yalnız biri - müxalif Azərbaycan Xalq Cəbhəsi partiyası parlament seçkilərində iştirakdan imtina edib.

Azərbaycan parlamentinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək. Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu seçkilər  cari ilin noyabrının birinci həftəsində baş tutmalı idi. Amma ölkənin COP-29-a ev sahibliyi etməsi səbəbindən seçkilərin tarixi dəyişdirilib.
 
 
Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü Milli Məclisin YAP-dan olan deputatlarından gəlib. 
 
Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.
 
Gülnar Nazimqızı 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol