• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat Sevinc Hüseynovanın rəqibi görüşlərdə daha səmimi qarşılanır - FOTOLAR

Deputat Sevinc Hüseynovanın rəqibi görüşlərdə daha səmimi qarşılanır - FOTOLAR
27.08.2024 10:59
104 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizəd Əziz Əliyev Qızılqaya kəndində seçicilər ilə görüş keçirib.

Görüş zamanı namizədin platforması, onun "Yeni Siyasi Dövr” ilə bağlı düşüncələr toplusu ictimaiyyətin diqqətinə çatdırılıb və onlar tərəfindən böyük maraqla qarşılanıb. Namizədin nümayəndəsi Ayxan İsgəndərzadə görüşü giriş nitqi ilə açaraq namizəd haqqında geniş məlumat verib və onu cənab Prezidentin yürütdüyü qalib kursun əsas təbliğatçılarından biri kimi təqdim edib.

Əziz Əliyev bölgə insanlarına müraciəti zamanı bu qalib siyasəti bölgələrimizdə davam etdirmək, qalib həyat tərzini yaşatmaq üçün doğru seçim etməyin əhəmiyyətini vurğulayıb. Çıxışı zamanı natiq bildirib ki, Qızılqaya kəndi daima dövlət diqqəti və qayğısı ilə əhatə olunmuş, burada sosial-iqtisadi infrastrukturun yaxşılaşdırılması, yolların çəkilməsi, sosial-ictimai obyektlərin yaradılması və bu kimi müvafiq işlər aparılmış, bundan sonra da bu istiqamətdə işlərin kəmiyyət və keyfiyyətcə artırılmasına və regionun inkişafına diqqət yetiriləcəkdir. Bu işdə o, sadəcə namizəd olaraq və seçiləcəyi təqdirdə deyil, həm indi həm də gələcəkdə, daima bölgə insanının səsi olacaqdır.

Əziz Əliyev platformasında yer alan əsas fikirləri 5 əsas arqumentlə irəli sürərək çatdırıb ki, regional inkişaf üçün ilkin olaraq yerli əhalinin rifahının yaxşılaşdırılması üçün tədbirlərin artırılması mühüm rol oynayır və bu işdə namizəd daima bölgə insanlarına dəstək olacaqdır. İkinci arqument ondan ibarət olub ki, seçilən şəxs, bölgənin təmsilçisi daima xalq üçün əlçatımlı olmalıdır ki, Əziz Əliyev daima xalqın içərisindədir və gələcəkdə də bu xüsusiyyətini qoruyub-saxlayacaqdır. Üçüncü arqument bölgə insanının hüquqlarını anlamaq və ifadə etmək imkanına malik olmaqdır ki, bu baxımdan Əziz Əliyev öz bacarıq və imkanlarını bölgə insanlarına təqdim edib. Dördüncü və ən əhəmiyyətli məqamlardan biri Əziz Əliyevin proseslərə cənab Prezidentin qalib siyasi kursu prizmasından baxması və hadisələri bu prizmadan təqdim etməsi ilə əlaqədardır.

Əziz Əliyev Vətən müharibəsində qələbəyə nail olan Prezidentin regional inkişaf layihələrinin icrasında da uğurlu siyasətinin olduğunu və bu siyasətin daha da inkişaf etdiriləcəyini bəyan edib. Beşinci arqument qalib siyasətin icrasına mane olan bir sıra yerli məmur və idarəçilərin sistemdən uzaqlaşdırılması və layiqli namizədlərin seçilməsi ilə bağlıdır ki, məhz bu təqdirdə qalib siyasət yerlərdə uğurlu nəticə verəcəkdir.

Sonda Əziz Əliyev sadəcə xalqın vəkili olmadığını, eyni zamanda həm də xalqı öz vəkili etdiyini insanlara bəyan edib. Bu, onu, qalibiyyətə aparan əsas qüvvənin məhz xalqdan doğduğu anlamını daşıyır. Xalq və dövlət birliyindən doğan qalibiyyəti öz simasında 1 sentyabr seçkilərinə daşımağı seçicilərindən rica edən Əziz Əliyev "Səsiniz Əziz Olsun!” şüarı ilə seçicilərini ona səs verməyə çağırıb. Görüş iştirakçıları namizədin seçki platformasını bəyəndiklərini, ona dəstək olacaqlarını, həmçinin dövlət başçısının siyasətinin onları gələcək uğurlara aparan yeganə kurs olduğuna inandıqlarını bildiriblər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol