Türkiyədə azərbaycanlı sabiq deputat vəfat edib

Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı, əslən azərbaycanlı Yücel Artantaş uzun sürən xəstəlikdən sonra Ankara şəhərində vəfat edib.Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Yücel Artantaş 1952-ci ildə İğdırda anadan olub. O, 2002-ci ildə 22-ci çağırış (2002-2007) Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilib, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini olub.
www.anews.az
Son xəbərlər 
Daha çox 























