• $
  • €
  • ₽
  • ₺
  • £

DYP hərəkət iştirakçılarına müraciət edib

DYP hərəkət iştirakçılarına müraciət edib
15.09.2024 10:24
Bu gündən yeni tədris ili başlayır. Bununla əlaqədar yollarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, polis, o cümlədən DYP tərəfindən zəruri təşkilati-əməli işlər görülür, şəxsi heyət gücləndirilmiş iş rejimində çalışır.Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yeni tədris ilinin başlanması ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciətində qeyd olunub.

Bildirilib ki, bu qabaqlayıcı tədbirlər, yalnız hərəkət iştirakçılarının məsələyə adekvat yanaşması ilə effektiv nəticə verə bilər.
Təhsil müəssisələrinin yerləşdiyi küçə və prospektlərdə sıxlığın, tıxacların yaranması, məhz həmin təhsil ocaqlarına fərdi avtomobillə gələn şəxslərin dayanma, durma və parklama qaydalarını kobud şəkildə pozmasından qaynaqlanır:

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün təhsil ictimaiyyətini təbrik edir, bununla yanaşı təhsil müəssisələrinə şəxsi nəqliyyat vasitələrində gələn sürücülərə, ələlxüsus övladlarını məktəbə fərdi minik avtomobilində aparıb-gətirən valideynlərə müraciət edərək onlardan digər hərəkət iştirakçılarına süni maneələr yaratmamağı, xüsusilə paytaxtda nəqliyyat sıxlığını nəzərə alaraq, mümkün qədər ictimai nəqliyyatdan istifadə etməyi, yaxın məsafələri piyada qət etməyə üstünlük verməyi xahiş edir, gənc nəsildə yol hərəkəti mədəniyyətinin formalaşmasına töhfə verməyə, bu işdə şəxsi nümunə göstərməyə çağırır”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol