• $
  • €
  • ₽
  • ₺
  • £

"Bakcell"dən abunəçilərə geniş seçim imkanı verən "Star" tarifi

"Bakcell"dən abunəçilərə geniş seçim imkanı verən "Star" tarifi
19.09.2024 14:26
İnnovasiya və sürət lideri "Bakcell” danışıq dəqiqləri, internet və digər imkanları özündə birləşdirən "Star" tarifini təqdim edir. Abunəçilər 9 fərqli kateqoriyada təklif olunan tarifi seçməklə  əlavə internet bonusları da əldə edəcəklər.

"Star” tarifinə qoşulan abunəçilər ölkədaxili zənglər üçün dəqiqələr və internetlə yanaşı, "WhatsApp” və "Telegram” tətbiqlərində yazışmaları ödənişsiz həyata keçirəcəklər. Üstəlik, tarif paketi ardıcıl üç dəfə yeniləndikdən sonra hər növbəti yenilənmə zamanı abunəçilərə əlavə internet bonusları təqdim olunacaq.
Məsələn, "Star 6GB" tarifinə 550 danışıq dəqiqəsi, 6GB internet balansı və "WhatsApp” və "Telegram” tətbiqlərində ödənişsiz mətn yazışmaları daxildir. Bundan əlavə, tarif paketi ardıcıl üç dəfə yeniləndikdən sonra  abunəçilərə hər yenilənmə zamanı əlavə "2GB” internet bonus olaraq təqdim olunacaq. "Star 6GB” tarifinə "*600#YES” kodunu yığmaqla asanlıqla keçmək olar. Tarif paketinin dəyəri 14,90 AZN-dir. Cari tarifdən "Star” tarifinə keçid tamamilə ödənişsizdir.
Qeyd edək ki, 9 fərqli kateqoriyada təqdim olunan "Star” tarifi barədə ətraflı məlumatı "Bakcell”in saytından əldə etmək mümkündür.

"Bakcell” haqqında

"Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda "Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
 
"Bakcell” müxtəlif  ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Cəmiyyət 11:38
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Cəmiyyət 11:22
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Cəmiyyət 11:00
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Cəmiyyət 09:49
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Cəmiyyət 09:15
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol