• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib

“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib
09.10.2024 12:33
İnnovasiya və sürət lideri "Bakcell” media nümayəndələri üçün "Media İnnovasiya Günü” adlı təlim təşkil edib. Tədbirə ölkənin aparıcı media qurumlarını təmsil edən 30-dan çox jurnalist qatılıb.


Təlimdə süni intellektin tətbiqi, innovasiya, brend inkişafı, ekosistemlər, yeni texnologiyalar və innovativ həllər mövzusunda təqdimatlar və interaktiv sessiyalar keçirilib.


Tədbir zamanı, həmçinin jurnalistlərin süni intellekt, yüksək texnologiyalar və innovasiyalarla bağlı sualları cavablandırılıb, bu mövzularda müzakirələr aparılıb. Proqram intelektual oyunlar və əyləncə bölümü ilə davam edib.


Qeyd edək ki, "Bakcell” 2015-ci ildən etibarən hər il davamlı olaraq media nümayəndələri üçün innovasiya və texnologiyalara dair təlimlər təşkil edir.


"Bakcell” haqqında


"Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda "Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.


"Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol