• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır

“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır
22.10.2024 15:27
İnnovasiya və sürət lideri "Bakcell”in əsas tərəfdaşlığı ilə UNEC-də İnnovasiya Həftəsi keçirilir. Tədbirin ilk günündə "Bakcell”in nümayəndələri "Telekommunikasiyada qlobal trendlər: "Bakcell”in innovativ məhsul və həlləri” və "Dəyişən dünyada böyük dəyişikliklər qarşısında aktual qalmaq” mövzularında panel müzakirələrə qatılıblar. 


"Bakcell”in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə rəhbəri Aysel Süleymanova və Marketinq direktoru Elxan Sadıqzadə tələbələrə brendin rəqəmsal erada mövqeləndirilməsi, müasir çağırışlar və imkanlar, rəqəmsal imic formalaşdırılmasının incəlikləri və müştərilərin diqqətini cəlb etmək üçün strategiyalar barədə məlumat verib, həmçinin onları maraqlandıran sualları cavablandırıblar. 


UNEC-də keçirilən İnnovasiya Həftəsi innovasiya sahəsində yenilikləri təşviq etmək və tələbələrin yaradıcılıq potensialını üzə çıxarmaq məqsədi daşıyır. Həftə ərzində universitetdə müxtəlif tədbirlər, o cümlədən seminarlar, təlimlər, panel müzakirələri və startap ideyalarının təqdimatları təşkil ediləcək.


Qeyd edək ki, "Bakcell” gənc nəslin inkişafına və onların yaradıcı potensialının üzə çıxarılmasına xüsusi önəm verir. Şirkət bu istiqamətdə tələbələrə dəstək olmaq, innovativ layihələri təşviq etmək və yeni təşəbbüsləri daha da genişləndirməyi planlaşdırır.
"Bakcell” haqqında
"Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir. 
"Bakcell” müxtəlif  ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol