• $
  • €
  • ₽
  • ₺
  • £

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
04.11.2024 19:08
Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.Bu barədə Kollegiyadan bildirilib.

İclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

İclas gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran dörd vəkilliyə namizədin, bir hüquq elmləri doktorunun ARVK üzvlüyünə qəbulla bağlı andiçmə mərasimi keçirilib,dövlət qulluğunda olması ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılan bir vəkilin isə fəaliyyətinin bərpa edilməsi barədə müraciətinə baxılıb, müsbət qərarlar verilib, onlara vəsiqələr təqdim edilərək gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Vəkillik fəaliyyətləri dayandırılmış iki vəkilin, bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, bir vəkilin öz istəyi ilə vəkillik fəaliyyətinə xitam verilməsi, o cümlədən iki vəkilin müəyyən müddətdə üzvlük haqqından azad olunması barədə müraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.

Bundan başqa, iclasda Rəyasət Heyəti tərəfindən "İcra hüququ” Komitəsi ilə "Deontologiya” Komitəsinin yaradılması ilə bağlı qərar qəbul edilib. "Deontologiya” Komitəsi vəkillərin peşəsinin tətbiq edilməsi zamanı lazım olan əxlaqi dəyər və etik qaydaların araşdırılması məqsədi ilə yaradılıb. "İcra hüququ” Komitəsinin təsis edilməsində məqsəd isə ölkədə məhkəmə qərarlarının icrası təcrübəsində rast gəlinən problemlərin müzakirəsi və həllində vəkillərin iştirakını genişləndirmək, icra prosedurlarının müasir dövrün tələblərinə uyğun təşəkkül tapmasına, nəzəri və təcrübi tədqiqatlarda vəkilliyin potensialının maksimal cəlb edilməsinə nail olmaqdır. Vəkillərin İntizam Komissiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri Paşa Səfərov "Deontologiya” Komitəsinə və Vəkillərin İntizam Komissiyasının üzvü Elşən Səfərov isə "İcra hüququ” Komitəsinə sədr seçilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 2 vəkilə xəbərdarlıq edilib, 2 vəkilə töhmət verilib, 2 vəkilə irad tutulub, 1 vəkilin fəaliyyəti 1 il müddətinə dayandırılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol