• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün Buzovna, Binə və Xırdalanda 6 saat işıq olmayacaq

Bu gün Buzovna, Binə və Xırdalanda 6 saat işıq olmayacaq
10.12.2024 08:58
Bu gün Bakının Xəzər rayonu, həmçinin Abşeron rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Bu barədə "Azərişıq”ASC-dən məlumat verilib.


Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə elektrik naqillərinin və dayaqların yenilənməsi ilə əlaqədar dekabrın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq.


Saat 09:00-dan saat 15:00-dək Buzovna qəsəbəsi Ruhulla Axundov küçəsində və Binə qəsəbəsi Binə Atçılıq yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Həmçinin, Abşeron RETSİ-yə daxil olan Xırdalan şəhərində 110/35/10 kV-luq "Əliağa Vahid” yarımstansiyasında aparılacaq təmir işləri ilə əlaqədar dekabrın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq.


Saat 09:00-dan saat 15:00-dək Xırdalan şəhəri Quşçuluq massivinin bir hisəsində, Şıxəli Qurbanov, Nizami küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol