• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in dəstəklədiyi “FarmHer” layihəsi qadınların aqrobiznes sahəsində bilik və bacarıqlarının inkişafına töhfə verir

Azercell-in dəstəklədiyi “FarmHer” layihəsi qadınların aqrobiznes sahəsində bilik və bacarıqlarının inkişafına töhfə verir
15.01.2025 18:00
Lider mobil operatorun elan etdiyi sosial layihə müsabiqəsində qalib gələn "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi "FarmHer” proqramını həyata keçirir

Azercell-in qadınların cəmiyyətdəki rolunun daha da gücləndirilməsi məqsədilə elan etdiyi müsabiqəsinin qalibləri layihələrinin icrasına başlayıblar. Qaliblərdən biri olan "FarmHER” proqramı kənd təsərrüfatı sahəsində çalışan qadınların bilik və bacarıqlarının inkişafına yönəlik təlimlərə start verib.
Layihənin əsas məqsədi bölgələrdə yaşayan qadınları aqrobiznes sahəsində mövcud fəaliyyət istiqamətləri ilə tanış etmək, onların iqtisadi müstəqilliyinə və rifahının  artırılmasına töhfə verməkdir. Bu proqram qadınların aqrar sahədə sahibkar kimi formalaşmasına dəstək verir. Təlimlər yeni texnologiyalar, bazara çıxış, maliyyə idarəçiliyi, innovasiyalar və sahibkarlıq strategiyaları kimi mövzuları əhatə edir.
Qeyd edək ki, bu günədək  Şamaxıda yaşayan 25 qadın üçün bir neçə təlim və müxtəlif interaktiv sessiyalar təşkil olunub. Əlavə olaraq, proqram iştirakçıları layihə çərçivəsində peşəkar mentorlarla da təmin ediliblər.
  
Xatırladaq ki, "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin həyata keçirdiyi  "Farmher” layihəsi Azercell-in "Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı”nın dörd qalibindən biridir.
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol