• $
  • €
  • ₽
  • ₺
  • £

İmişlidəki qəza zamanı dövlətçilik əleyhinə şüarlar səsləndirilib - Komitə sədri

İmişlidəki qəza zamanı dövlətçilik əleyhinə şüarlar səsləndirilib - Komitə sədri
23.01.2025 14:30
İmişlidə baş verən qəza hadisəsinin bəzi detalları dövlətçilik əleyhinə istifadə edilib. Bunu Milli Məclisin deputatı Zahid Oruc yanvarın 23-də Milli Məclisdə keçirilən komitə iclası zamanı deyib.  
 
"Aksiya ilə bağlı Tik-Tok şəbəkəsində "İmişli Sevgi mebel”adlı profildən canlı yayım açılıb. Aksiyanın xaricdəki blogger və İranın "Səhər Azəri” kanalına canlı ötürən şəbəkələr məlumdur. "Meydan TV, Abzas Media,Toplum TV, Azadlıq radiosu, Mikroskop media, Azadlıq qəzeti, TimeTV, Hamamtimes.tv ”, ölkədaxili 5-ci kolona aid sosial şəbəkə səhifələri və s., habelə xaricdəki bloggerlər "Tural Sadıqlı (Azad Söz), Qənimət Zahid (Azərbaycan saatı),Sevinc Osmanqızı(Osmanqızı TV), Məhəmməd Mirzəli (Made in Azerbaijan), Orxan Ağayev (Hüseyn TV), Teymur Eminbəyli(ABATV),Əli Oğuz (OğuzTV), Qurban Məmmədov (Azərfridom), İmaməddin Əlimanov (Xalq TV), Manaf Cəlilzadə (Diktator TV), Qabil Məmmədov (Repressiyaya Son, Haqsızlığa susma), Süleyman Süleymanlı (Mübariz TV, PazTV ), Elşad Məmmədov (Mühacir TV), OperativTV və başqalarının, onları alət kimi istifadə edən mərkəzlərin hadisə barədə saxta məlumatlarla, daha böyük iğtişaşlara çağırışlar etmək komandası aldığı aşkar görünür", - deputat bildirib. 
 
Zahid Oruc bildirib ki, həmin hadisə baş verən ərazidə "istefa”, "Taleh Bağırzadəyə azadlıq” şüarları səsləndirilib. 
 
Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmlinin fikrincə, xaricdə fəaliyyət göstərən müxtəlif media qurumlarının İmişlidə baş verən hadisəyə necə yanaşmaları onların məqsəd və konsepsiyası ilə bağlıdır.  
 
"Jurnalistin əsas işi doğru, dürsüt, dəqiq məlumat verməkdir. İmişli hadisəsində avtomobil qəzasından sonra bir qrup şəxs qanunsuzluğa etiraz edib. Bunlar hamısı real faktlardır və mətbuatda da işıqlanıdrılıb. Konkret olaraq hansısa media qurumunun çağırışlar etməsi,proseslərə müdaxiləsi cəhdi ilə bağlı məlumat yoxdur. Ölkədə elə bir vəziyyətdir ki, heç kim sabitliyin pozulmasını, kütləvi etirazların bu şəkildə üzə çıxmasını istəmir. Bu hadisələr həm də məmurlara,dövlət qurumlarına xəbərdarlıqdır ki, insanların ehtiyaclarına həsas yanaşsınlar. Xaricdə fəaliyyət göstərən müxtəlif qurumlar var. Məlumat verirlər. Amma necə yanaşmaları onların öz media subyektinin məqsədi və konsepsiyası ilə bağlıdır", - o bildirib.

 
Bir gün öncə İmişli Rayon Məhkəməsi rayonda baş verən yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər barəsində üç ay müddətində həbs qətiimkan tədbiri seçib. Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 221.2.1. (Xuliqanlıq - bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə ittiham verilib.
 
Yanvarın 18-də İmişlidə "Mercedes-Benz” markalı fərdi nəqliyyat vasitəsi və "BMW” markalı DYP avtomobilinin iştirakı ilə baş verən qəzada 3 şagird ölüb, bir nəfər, həmçinin qəza iştirakçısı olan BMV markalı DYP avtomobilini idarə edən polis ağır yaralanıb. 
 
Baş verən hadisədən sonra DİN rəhbərliyi qəzada zərərçəkənlərin yaxınları ilə görüşüb və bildirib ki, bu məsələ tam nəzarətə götürülüb. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol