• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakı Marafonu 2025”ə qeydiyyat davam edir - Video

“Bakı Marafonu 2025”ə qeydiyyat davam edir - Video
05.04.2025 11:28

Mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil ediləcək Bakı marafonuna qeydiyyat davam edir.

İndiyədək 20 minə yaxın şəxs marafonda qeydiyyatdan keçib. Onların arasında tanınmış siyasi-ictimai, incəsənət xadimləri, ziyalılar var, eləcə də müxtəlif ölkə vətəndaşları var.

Martın 4-dən başlayan qeydiyyat aprelin 25-dək davam edəcək. 18 yaşdan yuxarı şəxslər bu müddətdə Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Dəniz Mall”) qeydiyyat məntəqələrinə və ya “Bakı Marafonu 2025”in saytına - www.marathon.az müraciət edə bilərlər.

“Bakı Marafonu 2025”-in Könüllü Proqramına qeydiyyat isə artıq başa çatıb. “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) tərəfdaşlığı ilə həyata keçirilən bu proqram çərçivəsində 2 mindən çox könüllü qeydiyyatdan keçib. Seçilmiş namizədlər hazırda müsahibədən keçirlər. Müsahibədən uğurla keçənlər üçün isə marafona hazırlıq məqsədilə görüşlər və xüsusi təlimlər təşkil ediləcək.

Hazırda marafona hazırlıq məqsədi ilə Təşkilat Komitəsi tərəfindən qeydiyyatdan keçən iştirakçılar üçün həftədə iki dəfə  məşqlər də təşkil edilir.

2016-cı ildən “Küləyə qalib gəl” şüarı ilə təşkil edilən Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanı olan marafonun marşrutu Dənizkənarı Bulvar, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini, ümumilikdə 21 km-lik məsafəni əhatə edəcək:

“Bakı Marafonu 2025”in mükafatlandırması iki kateqoriyada olacaq. Marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.

Finiş xəttini keçən ilk 2000 iştirakçı isə “Bakı Marafonu 2025”in xüsusi medalları ilə mükafatlandırılacaq. Bununla yanaşı, bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunacaq.

Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında ənənəvi olaraq əyləncə zonası da yaradılacaq. Burada müxtəlif əyləncə proqramları, yarışlar, idman tədbirləri keçiriləcək.

Əyləncə zonaları marafonun marşrutu boyu da təşkil ediləcək.

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol