• $
  • £

Son bir həftə ərzində təmizlənən minalı ərazilərin həcmi açılanıb

Son bir həftə ərzində təmizlənən minalı ərazilərin həcmi açılanıb
10.06.2025 14:42

Bir həftə ərzində işğaldan azad olunan ərazilərdə 52 piyada əleyhinə mina, 16 tank əleyhinə mina, 129 partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) həftəlik məlumatında bildirilib.

Məlumata əsasən, 889,2 hektar ərazi minalardan təmizlənib.

Ötən il işğaldan azad edilmiş ərazilərdə 62 min hektar minadan təmizlənib. 

Son 4 ildə işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Ümumilikdə 34 996 ədədi piyada əlehinə mina, 21 022 ədədi tank əlehinə mina, 118 999 ədədi partlamamış hərbi sursat olmaqla ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Müharibədən sonrakı dövrdə 176 237 hektar ərazi minadan təmizlənib. 
 
Dünyada mina qurbanlarının 84%-i mülki şəxslərdir. Onların da 37%-ni uşaqlar təşkil edir. Ümumilikdə isə mina qurbanlarının 81%-ni kişilər və oğlan uşaqları təşkil edir. 
 
Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır. 
 
Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir. 

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Lerikdə ildırım vuran gənc ölüb
Cəmiyyət 22:59
Lerikdə ildırım vuran gənc ölüb
Air Serbia Bakı və Belqrad arasında birbaşa uçuşlara başlayıb
Cəmiyyət 19:29
Air Serbia Bakı və Belqrad arasında birbaşa uçuşlara başlayıb
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
Cəmiyyət 17:41
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 16:55
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
“Bakı Marafonu 2026” başa çatıb - Yenilənib
Cəmiyyət 14:10
“Bakı Marafonu 2026” başa çatıb - Yenilənib
Novosibirskdən Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş edib
Cəmiyyət 13:05
Novosibirskdən Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş edib
Sabahın hava proqnozu
Cəmiyyət 12:45
Sabahın hava proqnozu
Dövlət qulluğunda inzibati rəhbər və icraçı vəzifələrə test imtahanı keçirilir
Cəmiyyət 12:32
Dövlət qulluğunda inzibati rəhbər və icraçı vəzifələrə test imtahanı keçirilir
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:38
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol