• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərsun Holdinq" ətraf mühitin qorunması istiqamətində çox saylı layihələr həyata keçirəcək

"Azərsun Holdinq" ətraf mühitin qorunması istiqamətində çox saylı layihələr həyata keçirəcək
19.06.2025 13:00

“Azərsun Holdinq” 2025-ci il ərzində ətraf mühitin qorunması və dayanıqlı inkişaf istiqamətində mühüm addımlar ataraq bir sıra ekoloji layihənin həyata keçirilməsini planlaşdırır.

Bu təşəbbüslər enerji səmərəliliyinin artırılması, alternativ enerji mənbələrindən istifadə, su ehtiyatlarının qorunması və karbon emissiyalarının azaldılması kimi prioritet sahələri əhatə edir.

Şirkət daxili müəssisələrdə artıq 90 enerji səmərəliliyi layihəsi üzrə işlərə start verilib. 

Bu layihələr çərçivəsində enerji istifadə göstəricilərinin optimallaşdırılması və enerjidən daha səmərəli istifadə məqsəd qoyulub.

Bununla yanaşı, alternativ enerji istehsalı sahəsində də mühüm addımlar atılır.

Layihənin birinci mərhələsində illik 8.500 MWh yaşıl enerji istehsal edəcək Günəş Elektrik Stansiyası (GES) qurulur.

Su ehtiyatlarının qorunması istiqamətində də əhəmiyyətli işlər aparılır. 

“Azərsun Holdinq”in müəssisələrində illik 1.5 milyon kubmetr atıq suyun təmizlənməsi və təkrar istifadəsi üçün müasir texnologiyalara əsaslanan layihələr icra olunur. 

Eyni zamanda, müəssisələrdə enerji idarəetməsinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə ISO 50001:2018 standartı tətbiq edilir. 

Bu addım, müəssisələrdə effektiv enerji idarəetmə sisteminin yaradılması və bu istiqamətdə korporativ mədəniyyətin formalaşdırılması məqsədi daşıyır.

Yaşıl enerji layihələrinin ilk mərhələsi “Sumqayıt Qida və Yağ Fabrikası” və “Qafqaz Konserv Zavodu” MMC-nin Biləsuvar Konserv Fabrikasında həyata keçiriləcək.

 Biləsuvar müəssisəsində illik enerji tələbatı tam şəkildə alternativ mənbələrdən qarşılanacaq. 

Enerji səmərəliliyi ilə bağlı layihələr isə “Azərsun Holdinq”in bütün fabrik və zavodlarını əhatə edəcək.

Yeni texnologiyalar baxımından, GES layihələri ON-GRID sistem əsasında, yüksək məhsuldarlığa malik TOPCON texnologiyalı günəş panelləri və HUAWEI nəzarət-uzaqdan izləmə sistemləri ilə təchiz edilir. 

Bu texnologiyalar dünya təcrübəsində ən son innovasiyalar sırasındadır və beynəlxalq praktikada geniş tətbiq olunur.

2025-ci ilin sonunadək həyata keçirilən layihələr nəticəsində enerji istifadə səmərəliliyinin artırılması, dayanıqlı enerji sisteminin qurulması, ekoloji cəhətdən təmiz enerjidən istifadə, illik 12.000 ton karbon emissiyasının azaldılması, istehsal olunan məhsullarda yaşıl enerjinin payının artırılması və Azərbaycanın enerji strategiyasına uyğun olaraq şirkətin aparıcı mövqeyinin daha da gücləndirilməsi planlaşdırılır.

“Azərsun Holdinq” ətraf mühitə olan məsuliyyətini əsas götürərək, gələcək nəsillərə daha sağlam və dayanıqlı mühitin ötürülməsi məqsədilə fəaliyyətlərini qətiyyətlə davam etdirir.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Cəmiyyət 15:54
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Sabah yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:15
Sabah yağış yağacaq, şimşək çaxacaq
Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarılıb
Cəmiyyət 14:05
Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarılıb
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxlayıb
Cəmiyyət 13:57
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxlayıb
AYNA: 203 nömrəli marşrutun avtobusları yenilənir
Cəmiyyət 13:49
AYNA: 203 nömrəli marşrutun avtobusları yenilənir
Nazir pensiya ilə bağlı deputatın iradına cavab verib
Cəmiyyət 13:07
Nazir pensiya ilə bağlı deputatın iradına cavab verib
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
İqtisadiyyat 12:52
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
Deputat təklif edir ki, işləməyənlərə də dəfn pulu ödənilsin
Cəmiyyət 12:39
Deputat təklif edir ki, işləməyənlərə də dəfn pulu ödənilsin
Azərbaycan qara kürü ixracını iki dəfə artırmağı hədəfləyir
Cəmiyyət 12:18
Azərbaycan qara kürü ixracını iki dəfə artırmağı hədəfləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol