• $
  • €
  • ₽
  • ₺
  • £

Şamaxı yolundakı qəzada ölənlərin sayı artıb - YENİLƏNİB+FOTOLAR

Şamaxı yolundakı qəzada ölənlərin sayı artıb - YENİLƏNİB+FOTOLAR
28.12.2013 20:38

Bakı-Şamaxı yolunun 59-cu kilometrliyində, Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində baş verən avtomobil qəzası zamanı xəsarət alanlarından daha biri dünyasını dəyişib. Bununla da dəhşətli qəzada ölənlərin sayı 7-yə çatıb. APA-nın yerli bürosunun məlumatına görə, hadisə zamanı ölənlərin hamısının adı məlum olub. Xəstəxanadan APA-ya verilən məlumata görə 90 KU 103 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşının sürücüsü, Qobustan rayonu Qızılbaş qəsəbə sakini, 1990-cı il təvəllüdlü Qasımov Nurlan Ədalət oğlu və sərnişinləri - Qızılbaş qəsəbə sakinləri Əliyev Güloğlan Balaxan oğlu və Bəndiyev Rəhman Əmrah oğlu dünyasını dəyişib. Ağsu rayonun Qasımbəyli kənd sakini, 1956-cı il təvəllüdlü Hacıyev İnqilab Tacəddin oğlunun idarə etdiyi 90 BC 517 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobildə olan 4 nəfər – sürücü özü, Ağsu rayonunun Ərəbmehdibəy kənd sakini, 1985-ci il təvəllüdlü Xəlilov Səməndər Kamandar oğlu, 1937-ci il təvəllüdlü Nuriyeva Tutu Əli qızı və Ağsu rayonu Gəgəli kənd sakini, 1991-ci il təvəllüdlü Mədətov Valeh Şirin oğlu da ölüb. Məlumata görə, hərbçi Səməndər Xəlilov Yeni il bayramı ilə əlaqədar Bakıda xidmət etdiyi hərbi hissədən məzuniyyətə çıxaraq, yaşadığı Ağsu rayonuna gedirmiş. Avtomobillərdə olan 8 nəfərdən sağ qalan bir nəfər - 1983-cü il təvəllüdlü Nuriyeva Gülşən Vəlimusa qızı hazırda ağır bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasındadır. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.  Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.ANN.Az

***

16:50

Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib.Bu barədə APA-ya hadisənin şahidi, keçmiş millət vəkili İkram İsrafil məlumat verib. Onun sözlərinə görə, Qobustan rayonu ərazisində “Jiquli” markalı iki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Yaralılardan biri əsgər olub. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya faktı təsdiqləsələr də, ölənlərin dəqiq sayının hələlik məlum olmadığını bildirib.  İ. İsrafil qəza yerindən çəkdiyi fotoları APA-ya təqdim edib. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol