• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Nazirliyi vahid informasiya siyasətini açıqlayıb

Təhsil Nazirliyi vahid informasiya siyasətini açıqlayıb
28.12.2013 14:45

 Təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin vahid informasiya siyasətinin təmin olunması barədə əmr imzalayıb. APA-nın xəbərinə görə, əmrdə bildirilib ki, Azərbaycanda təşəkkül tapmış açıq informasiya siyasəti Təhsil Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir. Təhsil Nazirliyinin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması işinin planlaşdırılmış və koordinasiyalı qaydada təşkili KİV-lə əlaqələrin daha səmərəli qurulması zərurətini yaradıb. Təhsil Nazirliyinin KİV-lə əməkdaşlığının mərkəzləşdirilmiş qaydada və müəyyənləşdirilmiş istiqamətlərdə qurulması ilə yanaşı, ictimaiyyətə dolğun və məzmunlu məlumatlar çatdırılmalı, ictimaiyyətlə əlaqələr “Kütləvi informasiya vasitələri haqqında”, “İnformasiya əldə etmək haqqında” qanunlara uyğun həyata keçirilməli, fəaliyyətin təşkilində təkrarçılıq və paralellik aradan qaldırılmalıdır. Təhsil Nazirliyinin fəaliyyəti, nazirlik daxilində üfüqi informasiya mübadiləsinin təmin edilməsi, ölkənin təhsil həyatında baş ve­rən yeniliklər, həyata keçirilən islahatlar haqqında icti­maiyyətə və KİV-ə məlumatların operativ və sistemli şəkildə çatdırılmasının təmin olunması, media ilə səmərəli əməkdaşlığın qurulması məqsədilə qurumun bütün struktur bölmələri və tabeliyindəki qurumlar tərəfindən KİV-lə əlaqələr və ictimaiyyətə məlumatların verilməsi yalnız nazirliyin  İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektoru vasitəsi və ya razılığı ilə həyata keçirilməlidir. Nazirliyin bütün struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərləri təh­sil sahəsi­nə dair böyük ictimai maraq doğuran normativ-hü­quqi sənədlər, müvafiq yerli və beynəlxalq tədbirlər, görüşlər haqqında məlumatların, kütləvi informasiya vasitələrindən daxil olmuş informasiya sorğularının və müraciətlərin müvafiq qanunvericiliyə uyğun müddətdə cavablandırılaraq İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektoruna təqdim olunmasını təmin etməlidirlər. İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehova tapşırılıb ki, nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların KİV və ictimaiyyətlə əlaqələrin koordinasiyasını təmin etsin, nazirliyin fəaliyyəti ilə bağlı media monitorinqin aparılmasını və media planın hazırlanmasını həyata keçirsin, nazirliyin  struktur bölmələri və tabeliyindəki qurumların təsis etdiyi mətbu orqanların fəaliyyətinin istiqamətləndirilməsini və əlaqələndirilməsini təmin etsin, KİV və ictimaiyyətlə əlaqələrin təşkilinin təhlil olunmasını  və bu istiqamətdə fəaliyyətin təkmilləşdirilməsinə dair təkliflərin verilməsini təmin etsin, ”Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” haqqında cəmiyyətdə aydın təsəvvürün yaradılması məqsədilə KİV-də çıxışların təşkil olunmasını təmin etsin, nazirliyin struktur bölmələri arasında informasiya mübadiləsinin yaradılması məqsədilə hər həftənin cümə günü müvafiq iclasın təşkil olunmasını və həmin iclas barədə qısa xülasənin hazırlanmasını təmin etsin.ANN.Az 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol