• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA prezidenti ATV-yə necə xəbərdarlıq yolladı? - AUDİO

AMEA prezidenti ATV-yə necə xəbərdarlıq yolladı? - AUDİO
28.12.2013 13:25
Xəbər verildiyi kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə dekabrın 26-da Bakıda keçirilən tədbirdə Publika.Az-ın əməkdaşına bildirib ki, yaxın vaxtlarda "Azad Azərbaycan" Teleradio Şirkəti (ATV) hazırda fəaliyyət göstərdiyi binadan çıxarılacaq.Onun sözlərinə görə, sözügedən binanın boşaldılması üçün ATV-nin rəhbərliyinə də müraciət edilib. A.Əlizadə deyib: "Amma dəqiq nə zaman binanın boşaldılacağını deyə bilmərəm. Biz kanal rəhbrliyi binanın boşaldılması barədə danışmışıq".Onu da qeyd edək ki, Bakının Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən və hazırda ATV-nin fəaliyyət göstərdiyi bina AMEA-nın balansındadır.Bu xəbər mediada yayılandan az sonra "Azad Azərbaycan" Televiziya Şirkətinin mətbuat əlaqələndiricisi Vaqif Aydınoğlu açıqlamasında bu barədə onlara rəsmi məktubun daxil olmadığını deyib: “Televiziyanın binasının boşaldılması ilə əlaqədar olaraq bizə AMEA-dan hər hansı müraciət daxil olmayıb. Yalnız rəsmi məktub daxil olduqdan sonra, onun əsasında cavab verə bilərik”.Dekabrın 27-də isə AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının ictimaiyyətlə əlaqələr şöbəsi də sözügedən məlumatı təkzib edən açıqlama yayıb: "Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin adından “Azad Azərbaycan” MTK-nin yerləşdiyi bina ilə bağlı kütləvi informasiya vasitələrində yayılmış xəbər əsassızdır, yanlışdır. AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr şöbəsi bildirir ki, Akademiya rəhbəri belə bir fikirlə çıxış etməmişdir".

Publika.az saytı AMEA prezidentinin təkzib edilən bəyanatının səs yazısını yayıb. Həmin səs yazısını təqdim edirik:

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol