79 yaşlı kişi arvadını döyərək öldürüb - Azərbaycanda

Azərbaycanın Yevlax rayonunda dəhşətli qətl törədilib.Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Nemətabad kəndində qeydə alınıb. Kənd sakini, 1934-cü il təvəllüdlü Əziz Əsədov həyat yoldaşı Rəfiqə Əhmədovanı küt alətlə döyərək qətlə yetirib. Hadisəni törədən Ə. Əsədov saxlanılıb. Faktla bağlı Yevlax Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. ANN.Az
Son xəbərlər 
Daha çox 























