• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan ov mövsümünü qadağan edilib

Azərbaycan ov mövsümünü qadağan edilib
01.12.2025 15:19

Azərbaycanda oktyabrın 10-da açıq elan olunmuş ov mövsümü dekabrın 1-də başa çatıb və ölkə ərazisində ov etmək bu gündən etibarən qadağan edilib. Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib.

Babayeva bildirib ki, son illərdə qlobal iqlim dəyişikliklərinin təsiri nəticəsində ölkənin fauna balansında müşahidə olunan dəyişikliklər ov mövsümünün məhdudlaşdırılmasını zəruri edib.

Onun sözlərinə görə, Xəzər dənizində su səviyyəsinin enməsi quşların ənənəvi qidalanma, istirahət və qışlama yerlərinin, eləcə də bəzi növlərin miqrasiya marşrutlarının dəyişməsinə səbəb olub.

Rəsmi qeyd edib ki, hazırda təbiətdə gedən proseslər monitorinq edilir və nəticələrə uyğun olaraq ov mövsümünün yenidən açılıb-açılmayacağına qərar veriləcək.

Xidmət vətəndaşları qadağanı pozmamağa və qanunsuz ovdan çəkinməyə çağırıb.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol