Bakıya leysan yağır - Faktiki hava açıqlanıb
Dekabrın 10-da saat 17:00-a olan müşahidələrə görə ölkə üzrə yağıntılı hava davam edir. Yağış və qar 20-dən çox rayon ərazisində qeydə alınıb, bir neçə bölgədə duman müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin açıqlamasına görə, Bakıda və Abşeron yarımadasında yağış leysan xarakterli və intensiv qeydə alınıb.
Xidmət bildirir ki, yağış Oğuz, İsmayıllı, Ağsu, Göyçay, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Şabran, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran və Astara ərazilərində müşahidə olunur. Şahdağda isə qar yağıb.
Şərur, Ordubad, Sədərək, Daşkəsən, Şəmkir, Balakən, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qrız, Xaltan, Göyçay və Lerikdə duman qeydə alınıb ki, bu da bölgələrdə görünüş məsafəsini məhdudlaşdırır.