• $
  • €
  • ₽
  • ₺
  • £

Hüquq müdafiəçisi azadlığa buraxıldı

Hüquq müdafiəçisi azadlığa buraxıldı
16.12.2013 16:41
Vidadi İsgəndərli onu tutduran məmurun adını açıqlayacaqGöyçayda məhkəmə qərarı ilə 15 sutka azadlıqdan məhrum edilən hüquq müdafiəçisi Vidadi İsgəndərli cəza müddətini başa vuraraq azadlığa çıxıb. Bu haqda “Media forum” açıqlama verən hüquq müdafiəçisi deyib ki, dekabrın 15-i axşam sərbəst buraxılıb: “İndi Bakıya qayıdıram. Həbsimlə bağlı Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunda mətbuat konfransı keçirəcəm. Həm mətbuat üçün, həm iqtidar, həm də müxalifətdə olan adamlar üçün maraqlı açıqlamalar verəcəm. Burda böyük bir sirr var. Faktiki olaraq Göyçayda İsmayıllı hadisələri təkrarlanacaqdı, xalqın qarşısını mən aldım. “Facebook” şəbəkəsindəki səhifəmdə prezident seçkisi ilə əlaqədar bəzi iqtidar nümayəndələri haqda statuslar yazmışam. Bundan sonra səhifəmdə 9 yaşında olan övladımın şəklini qoyub mənə təhqiramiz sözlər, hədələr yazıblar. Məsələni Göyçay polisində qaldırdım, bu işin arxasında hansı məmurların dayandığı barədə fikirlərimi bildirdim. Rayon polis idarəsinin rəis müavini Əflatun Məmmədova iradımı bildirdim ki, niyə imkan verirsiz məni və ailə üzvlərimi təhqir etsinlər. Mən heç bir xuliqanlıq etməmişəm, 9 yaşlı övladımın nə təqsiri var?Mən Göyçay rayon Polis Şöbəsini və bəzi məmurları məhkəməyə verəcəm, mənə həbs qərarı çıxarmış hakimdən şikayətlənəcəm. Məhkəmə qərarına görə, guya mən yüngül formada içkili olmuşam. Halbuki mənim içkili olmağım barədə heç bir sənəd yoxdur.Həbsdə olduğum müddətdə 8 dəfə üstümə təcili yardım çağırılıb. Şəkərli diabetdən əziyyət çəkirəm və yüksək təzyiqim var. 15 sutkanı işgəncə altında yaşamışam. Məni Göyçay Rayon Polis İdarəsində inzibati qayda pozmaq adı altında 4 nəfərlik kamerada 6 nəfərlə birlikdə saxlayıblar”.Vidadi İsgəndərli noyabrın 30-da Göyçay şəhərində tutulub, sərxoş vəziyyətdə dövlət əleyhinə və ayrı-ayrı şəxslərin ünvanına nalayiq sözlər işlətməkdə, polisin qanuni tələbinə əməl etməməkdə təqsirli bilinib. Vidadi İsgəndərli ilə bərabər tutulan Göyçay rayon sakini Rüstəm Zeynalova 6 sutka inzibati həbs cəzası verilib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol