• $
  • €
  • ₽
  • ₺
  • £

Ali təhsilli anaların övladları daha yüksək nəticə göstərir – IELS 2025

Ali təhsilli anaların övladları daha yüksək nəticə göstərir – IELS 2025
05.05.2026 15:52

Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə görə, ali təhsilli anaların övladları akademik və koqnitiv göstəricilər üzrə daha yüksək nəticələr əldə edir. Bu barədə Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev ekspertlər və media nümayəndələri üçün keçirilən məlumatlandırma sessiyasında bildirib.



O bildirib ki, ən böyük fərq əsas riyazi bacarıqlar üzrə 36 bal, əsas savadlılıq üzrə isə 27 bal təşkil edir.

Bu, ananın təhsil səviyyəsinin uşağın erkən inkişafına mühüm təsir göstərdiyini ortaya qoyur.

Araşdırma həmçinin göstərir ki, dolayı ölçülən göstəricilər üzrə də fərqlər mövcuddur. Belə ki, prososial davranış üzrə fərq 32 bal, güvən göstəricisi üzrə isə 18 bal səviyyəsindədir və bu sahələrdə də ali təhsilli anaların uşaqları irəlidədir.

Bununla yanaşı, nizam-intizamlı davranış sahəsində əks dinamika müşahidə olunduğu qeyd edilib.

Tədqiqat İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən həyata keçirilir

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"İçərişəhər" stansiyasında "Zəfər arzuları" sosial aksiya təşkil edilib
Cəmiyyət 18:04
"İçərişəhər" stansiyasında "Zəfər arzuları" sosial aksiya təşkil edilib
Elvin Hacıyev Səhiyyə Nazirliyindəki işindən ayrılıb
Cəmiyyət 17:58
Elvin Hacıyev Səhiyyə Nazirliyindəki işindən ayrılıb
Azərbaycana gətirilən 23 tondan çox dondurulmuş hind quşu əti korlanma səbəbindən məhv edilib
Cəmiyyət 17:30
Azərbaycana gətirilən 23 tondan çox dondurulmuş hind quşu əti korlanma səbəbindən məhv edilib
Ötən ay fərdi yaşayış evlərinin satış qiyməti 5 % artıb
Cəmiyyət 17:10
Ötən ay fərdi yaşayış evlərinin satış qiyməti 5 % artıb
Türkiyədən gətirilən yükdə bəyan edilməyən 480 ədəd tibbi təyinatlı mallar aşkarlanıb
Cəmiyyət 16:50
Türkiyədən gətirilən yükdə bəyan edilməyən 480 ədəd tibbi təyinatlı mallar aşkarlanıb
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Cəmiyyət 15:54
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Sabah yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:15
Sabah yağış yağacaq, şimşək çaxacaq
Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarılıb
Cəmiyyət 14:05
Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarılıb
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxlayıb
Cəmiyyət 13:57
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol