• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan IELS-in növbəti tədqiqatına bütün ölkə üzrə qoşulmağı planlaşdırır

Azərbaycan IELS-in növbəti tədqiqatına bütün ölkə üzrə qoşulmağı planlaşdırır
05.05.2026 16:10

Azərbaycan Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS) növbəti mərhələsində bütün ölkə üzrə iştirak etməyi hədəfləyir.
Bunu Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev anews.az-ın sualını cavablandırarkən bildirib.

“Bu tədqiqatda ilk dəfə iştirak edirdik. Ona görə Bakı və Sumqayıt olmaqla iki şəhərdən qoşulduq. Növbəti tədqiqatda bütün ölkə üzrə iştirak etməyi planlaşdırırıq. Çünki regionlardakı uşaqların nəticələri də maraqlıdır”, - o deyib.

Əliyevin sözlərinə görə, ölkə üzrə daha geniş iştirak Azərbaycanın regionlar üzrə erkən öyrənmə göstəricilərini müqayisə etməyə və uşaqların inkişaf ehtiyaclarını daha dəqiq müəyyənləşdirməyə imkan verəcək.

IELS 2025 İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən uşaqların erkən öyrənmə nəticələri və rifah göstəricilərinin qiymətləndirilməsi məqsədilə aparılır.

Gülnar Nazimqızı

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"İçərişəhər" stansiyasında "Zəfər arzuları" sosial aksiya təşkil edilib
Cəmiyyət 18:04
"İçərişəhər" stansiyasında "Zəfər arzuları" sosial aksiya təşkil edilib
Elvin Hacıyev Səhiyyə Nazirliyindəki işindən ayrılıb
Cəmiyyət 17:58
Elvin Hacıyev Səhiyyə Nazirliyindəki işindən ayrılıb
Azərbaycana gətirilən 23 tondan çox dondurulmuş hind quşu əti korlanma səbəbindən məhv edilib
Cəmiyyət 17:30
Azərbaycana gətirilən 23 tondan çox dondurulmuş hind quşu əti korlanma səbəbindən məhv edilib
Ötən ay fərdi yaşayış evlərinin satış qiyməti 5 % artıb
Cəmiyyət 17:10
Ötən ay fərdi yaşayış evlərinin satış qiyməti 5 % artıb
Türkiyədən gətirilən yükdə bəyan edilməyən 480 ədəd tibbi təyinatlı mallar aşkarlanıb
Cəmiyyət 16:50
Türkiyədən gətirilən yükdə bəyan edilməyən 480 ədəd tibbi təyinatlı mallar aşkarlanıb
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Cəmiyyət 15:54
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Sabah yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:15
Sabah yağış yağacaq, şimşək çaxacaq
Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarılıb
Cəmiyyət 14:05
Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarılıb
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxlayıb
Cəmiyyət 13:57
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol