• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün Beynəlxalq Könüllülər Günüdür

Bu gün Beynəlxalq Könüllülər Günüdür
05.12.2013 17:02
Bu gün 5 dekabr – Beynəlxalq Könüllülər Günüdür.“Azərbaycan Könüllülər” İctimai Birliyinin sədri İmaməddin Quliyev Gün.Az-a bildirib ki, 1985-ci ildə iqtisadi və sosial inkişaf naminə hər il 5 dekabr BMT-nin Baş Məclisi tərəfindən Beynəlxalq Könüllülər Günü kimi qeyd edilməsi təklif olunub və həmin tarixdən bu gün qeyd olunur.Könüllülük – öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyəti həyata keçirən şəxsdir:Könüllülüyün məqsədi isə tapşırıqları yerinə yetirmək, fərdlərə və ya ictimai təşkilatlara maliyyə dəstəyi olmadan, fədakarcasına, insanların rifahını inkişaf etdirmək və yaxşılaşdırmaqdan ibarətdir.Bu öz maraqları, şəxsi bacarıqları və öyrənmə vasitəsilə cəmiyyətə xidmət göstərilməsidir ki, qarşılığında pul əvəzinə özünə dəyər və hörmət hissi qazanılır.Könüllülük həm də bacarıqların inkişafı, sosiallaşma və əyləncə növüdür. Bu, həmçinin mümkün məşğulluq və digər başqa səbəblərə görə nəzərdə tutulan əlaqə vasitəsidir.Ölkəmizdə gənclərin fəaliyyətində könüllülük xüsusi yer tutur və bu sahəyə maraq olduqca böyükdür. Bu gün Azərbaycanda könüllülər daha çox ölkəmizdə fəaliyyət göstərən QHT-lər, xüsusən də gənclər təşkilatları ətrafında birləşiblər.Eyni zamanda xüsusilə qeyd etmək lazımdır ki, MDB ölkələri arasında ilk dəfə olaraq könüllülüklə bağlı qanun məhz Azərbaycanda qəbul edilib.Prezident İlham Əliyevin Sərəncamı əsasında hazırlanan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın 6.5.9-cu bəndində “Gənclər arasında könüllülük hərəkatının təbliğ olunması və bu istiqamətdə beynəlxalq gənclər proqramının imkanlarından istifadə edilməsi” xüsusilə qeyd olunub.Məlumat üçün bildirək ki, Avropa İttifaqının Avropa Komissiyasının 2007-2013-cü illəri əhatə edən “Gənclər fəaliyyətdə” proqramı fəaliyyət göstərir və bu proqramın ikinci “Avropa Könüllülük Xidməti” adlanan maddəsində könüllülərin fəaliyyəti olduqca böyükdür. Bu proqram vasitəsilə könüllülər həm ölkəmizdə, həm də Avropa ölkələrində həyata keçirilən müxtəlif layihələrə cəlb olunurlar.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol