• $
  • £

Heydər Əliyev Beynəlxalq Aeroportundan 76 istiqamət üzrə müntəzəm reyslər həyata keçirilir



Heydər Əliyev Beynəlxalq Aeroportundan 76 istiqamət üzrə müntəzəm reyslər həyata keçirilir
09.07.2026 17:42

2026-cı ilin birinci yarısında qlobal aviasiya sektoru geosiyasi proseslərin, bir sıra hava məkanlarında tətbiq olunan məhdudiyyətlərin və marşrut şəbəkəsində baş verən dəyişikliklərin təsiri altında fəaliyyət göstərib. Buna baxmayaraq, Azərbaycan aviasiyası əməliyyat dayanıqlığını qoruyaraq sərnişin daşımaları, beynəlxalq hava əlaqələri və aeronaviqasiya xidmətləri üzrə müsbət nəticələr əldə edib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, yanvar – iyun aylarında hava limanı 3,334 milyon sərnişinə və 26,781 reysə xidmət göstərib.

Onlardan 2,960 milyona yaxını beynəlxalq istiqamətlər üzrə səyahət edib.

İlk yarımilliyin diqqətçəkən nəticələrindən biri transfer sərnişinlərinin sayında qeydə alınan artım olub. Bu müddət ərzində hava limanı vasitəsilə 275 mindən çox transfer sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40%-dən çox artım deməkdir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun marşrut şəbəkəsi də genişlənməyə davam edib. Hazırda hava limanında tam xidmət göstərən, aşağıbüdcəli və hibrid biznes modelinə malik ümumilikdə 40 aviaşirkətin fəaliyyət göstərməsi sərnişinlərə geniş seçim imkanı yaradır. “Air Serbia” və “FlyOne Asia” aviaşirkətlərinin fəaliyyətə başlaması marşrut şəbəkəsinin daha da genişlənməsinə töhfə verib. Hazırda hava limanından 76 istiqamət üzrə müntəzəm reyslər həyata keçirilir.

Ən çox tələbat olan beynəlxalq istiqamətlər İstanbul, Moskva, Tbilisi, Ankara və Dubay olub. Reyslərin sayına görə aparıcı xarici aviadaşıyıcılar sırasında “Turkish Airlines”, “Israir”, “Ajet”, “Aeroflot” və “flydubai” yer alıb.

Sərnişin daşımaları ilə yanaşı, Azərbaycanın hava məkanında uçuşların intensivliyi də yüksəlib. “Azəraeronaviqasiya” HHİ (AZANS) tərəfindən ilin ilk altı ayında ölkənin hava məkanında 180 mindən çox uçuşa aeronaviqasiya xidməti göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,1% çoxdur. Tranzit uçuşların sayı isə 14,4% artaraq 143 mini ötüb. Dövrün ən yüksək sutkalıq göstəricisi 9 may tarixində qeydə alınıb. Həmin gün Azərbaycanın hava məkanında 1,271 hava gəmisinə xidmət göstərilib.

Tranzit uçuşlarda “Turkish Airlines”, “Singapore Airlines”, “Lufthansa”, “Cathay Pacific”, “British Airways”, “Thai Airways”, “Air France”, “KLM”, “Korean Air” və “Aerologic” kimi dünyanın aparıcı aviaşirkətlərinin üstünlük təşkil etməsi Azərbaycanın hava məkanına və göstərilən aeronaviqasiya xidmətlərinə beynəlxalq etimadın artdığını nümayiş etdirir.

İlk yarımilliyin nəticələri göstərir ki, Azərbaycan aviasiyası dəyişən qlobal şəraitə çevik uyğunlaşaraq inkişafını davam etdirir. Transfer sərnişinlərinin artması, marşrut şəbəkəsinin genişlənməsi, yeni aviadaşıyıcıların bazara daxil olması və hava məkanından istifadənin artan intensivliyi ölkənin regional aviasiya və aeronaviqasiya mərkəzi kimi rolunu daha da gücləndirir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucarda 16 yaşlı yeniyetmə suda boğulub
Cəmiyyət 23:00
Ucarda 16 yaşlı yeniyetmə suda boğulub
Biləsuvarın bəzi ərazilərində işıq kəsiləcək
Cəmiyyət 21:46
Biləsuvarın bəzi ərazilərində işıq kəsiləcək
Dənizdə batan qızın axtarışlarına FHN-in helikopteri cəlb olunub
Cəmiyyət 21:19
Dənizdə batan qızın axtarışlarına FHN-in helikopteri cəlb olunub
Goranboyda maşınlar toqquşub, xəsarət alanlar var
Cəmiyyət 20:25
Goranboyda maşınlar toqquşub, xəsarət alanlar var
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi çıxışlarla davam etdirilib
Cəmiyyət 20:10
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi çıxışlarla davam etdirilib
Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Özbəkistana ekstradisiya edib
Cəmiyyət 18:10
Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Özbəkistana ekstradisiya edib

Bəzi yerlərdə leysan yağacaq, çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
Cəmiyyət 17:34
Bəzi yerlərdə leysan yağacaq, çaylardan sel keçəcək -XƏBƏRDARLIQ


Bakıda 6 avtobus marşrutu alternativ küçələrə yönləndirilib
Cəmiyyət 16:42
Bakıda 6 avtobus marşrutu alternativ küçələrə yönləndirilib
Bakı-Qazax yolunda qarpızla yüklənmiş "Ford" aşıb
Cəmiyyət 16:31
Bakı-Qazax yolunda qarpızla yüklənmiş "Ford" aşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol