• $
  • €
  • ₽
  • ₺
  • £

Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür

Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
01.08.2026 16:23

Bu gün Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasının üçüncü ildönümüdür.

Televiziyanın baş redaktoru Esmira Qasımova sosial şəbəkədə paylaşım edərək bildirib ki, kanal 2023-cü il avqustun 1-də ilk yayımını həyata keçirib. Cəmi bir həftə ərzində hazırlanan ilk efir iki saat davam edib.

Onun sözlərinə görə, Qərbi Azərbaycan Televiziyası fəaliyyətə başladığı gündən indiki Ermənistan ərazisindən deportasiya olunmuş azərbaycanlıların faciəli həyat hekayələrinin, xalqımıza qarşı iki əsrdən çox aparılan siyasətin, dağıdılmış tarixi abidələrin və məhv edilmiş mədəni irsin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyət göstərir.

“Bu gün Qərbi Azərbaycan Televiziyasının baş redaktoru olduğumu qürurla hər yerdə söyləyirəm, Qərbi Azərbaycana Qayıdış ideyasına xidmətimlə fəxr edirəm. Çətinliklərə sinə gərərək fəaliyyətimizi böyük entuziazmla davam etdiririk”, – Qasımova bildirib.

Baş redaktor qeyd edib ki, kollektiv sayca böyük olmasa da, Qərbi Azərbaycan İcmasının dəstəyini daim hiss edib. O, indiyədək televiziyanın fəaliyyətində əməyi olan hər kəsə təşəkkürünü bildirib və gələcək yayımların Qərbi Azərbaycandan aparılması arzusunu ifadə edib.

Qərbi Azərbaycan Televiziyası 2023-cü ildən internet üzərindən, əsasən YouTube platformasında yayımlanır. Kanalın proqramlarında Qərbi Azərbaycandakı azərbaycanlı yaşayış məntəqələrinin tarixi, deportasiya prosesləri, dəyişdirilmiş toponimlər, dağıdılmış abidələr, mədəni irs və soydaşların doğma torpaqlarına qayıdış hüququ ilə bağlı mövzular işıqlandırılır.

Televiziya müsahibələr, sənədli materiallar, müzakirələr və maarifləndirici proqramlar vasitəsilə Qərbi Azərbaycanla bağlı tarixi faktların və şəxsi xatirələrin qorunmasına, eləcə də Qərbi Azərbaycana Qayıdış ideyasının təbliğinə çalışır.

Qərbi Azərbaycan Televiziyasının kollektivini fəaliyyətinin üçüncü ildönümü münasibətilə təbrik edir, milli yaddaşın və tarixi həqiqətlərin təbliği istiqamətində fəaliyyətində uğurlar arzulayırıq.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:45
Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb
Elmira Şabanova vəfat edib
Mədəniyyət 18:53
Elmira Şabanova vəfat edib
İlin sonunadək dövlət sifarişi ilə çəkilən 3 film təqdim olunacaq
Mədəniyyət 18:39
İlin sonunadək dövlət sifarişi ilə çəkilən 3 film təqdim olunacaq
Bu ərazilərdə qaz olmayacaq
Mədəniyyət 21:14
Bu ərazilərdə qaz olmayacaq
Aydın Balayevin “Azərbaycan türkləri” kitabı Azərbaycan dilində işıq üzü görüb
Mədəniyyət 14:16
Aydın Balayevin “Azərbaycan türkləri” kitabı Azərbaycan dilində işıq üzü görüb
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol