Gəncədə zibil poliqonunda körpə meyiti tapılıb
Gəncədə zibil poliqonunda körpə meyiti aşkarlanıb. Bu barədə Qafqazinfo məlumat yayıb.
Meyitin erkən doğulmuş körpəyə aid olduğu ehtimal edilir.
Polis körpənin poliqona kim və ya kimlər tərəfindən atıldığını müəyyənləşdirmək üçün araşdırma aparır.
Hadisə Gəncənin Cavad Xan qəsəbəsində, məişət tullantılarının toplandığı ərazidə baş verib.
Oxşar xəbərlər
Oxşar xəbərlər