• $
  • €
  • ₽
  • ₺
  • £

Tərtər, Ağdaş, Bərdə, Goranboy və Yasamalda elektrik enerjisi məhdudlaşdırılacaq

Tərtər, Ağdaş, Bərdə, Goranboy və Yasamalda elektrik enerjisi məhdudlaşdırılacaq
24.08.2026 09:14

Tərtər, Ağdaş, Bərdə və Goranboy rayonlarının, həmçinin Bakının Yasamal rayonunun bir sıra ərazilərində bu gün elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

“Azərişıq” ASC-dən verilən məlumata görə, fasilələr elektrik şəbəkələrində aparılacaq təmir və texniki işlərlə əlaqədardır. İşlər elektrik enerjisinin keyfiyyətinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə həyata keçiriləcək.

Tərtərdə saat 10:00-dan 14:00-dək İrəvanlı və Bayandur kəndlərinin bir hissəsində 10 kV-luq elektrik xəttinə toxunan ağacların budanması ilə əlaqədar enerji təchizatı məhdudlaşdırılacaq.

Ağdaşda 35 kV-luq “Pirəzə” və 10 kV-luq “Kükəl” hava xətlərində aparılacaq təmir işləri səbəbindən saat 10:00-dan 17:00-dək Abad, Ağzıbir, Ağcaqovaq, Eymur, Ərəbşəki, Hüşün, Xınaxlı, Kotavan, Kükəl, Qaradeyin, Qaraoğlan və Pirəzə kəndlərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.

Bərdədə 35/10 kV-luq “Şirvanlı” yarımstansiyasında 16 MVA gücündə yeni transformatorun quraşdırılması ilə əlaqədar saat 10:00-dan 19:00-dək Böyük Qacar, Dəymədağıldı, Hüseynbəyli, Xanxanımlı, Kətəlparaq, Qullar, Qurdlar, Piyadalar, Soğanverdilər, Şahvəlilər, Şirvanlı və Uğurbəyli kəndlərində planlı fasilə tətbiq ediləcək.

Goranboyda 10 kV-luq hava xətləri boyunca ağacların budanması işləri ilə əlaqədar saat 09:45-dən 14:45-dək Bəşirli, Göynüyən və Hazırəhmədli, saat 10:00-dan 15:00-dək isə Xınalı və Qaramusalı kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Bakının Yasamal rayonunda isə transformator məntəqəsində aparılacaq təmir işləri səbəbindən saat 10:00-dan 13:00-dək Ələsgər Ələkbərov, Hüseyn Cavid, Eldar Ağayev, Abbas Mirzə Şərifzadə, Mirəli Seyidov və Nazim Hikmət küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol