• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yeni əməkdaşlıq xətti formalaşıb

Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yeni əməkdaşlıq xətti formalaşıb
01.10.2026 11:50

 

Azərbaycan, Qazaxıstan və Özbəkistan liderlərinin Bakıda keçirilən görüşü üç ölkə arasında yeni geostrateji əməkdaşlıq xəttinin formalaşmasına gətirib çıxarıb. Bu barədə Özbəkistan Ali Məclisi Senatının sədrinin birinci müavini Sadiq Safoyev bildirib.

“Bu, müəyyən mənada möhkəm geostrateji üçbucaq yaratdı. Məncə, bu hadisənin əhəmiyyətini həddindən artıq qiymətləndirmək mümkün deyil”, - Safoyev deyib.

Onun sözlərinə görə, üç ölkə arasındakı əməkdaşlığın dərinləşməsi Mərkəzi Asiyada regional əlaqələrin genişləndiyi bir dövrdə baş verir.

Safoyev bildirib ki, qlobal səviyyədə parçalanma və çoxtərəfli diplomatiyanın zəifləməsi müşahidə edilsə də, Mərkəzi Asiyada bunun əksinə olaraq ölkələr arasında əməkdaşlıq güclənir.

O, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı kimi qoşulmasını da regional əməkdaşlığın genişlənməsinin göstəricisi kimi qeyd edib.

Safoyev Mərkəzi Asiyanın iqtisadi artım tempinin də yüksək olduğunu bildirib. Onun sözlərinə görə, regionda ÜDM artımı orta qlobal göstəricidən təxminən üç dəfə yüksəkdir.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
İtkin şəxslərin taleyinin aydınlaşdırılması siyasi müzakirələrdən kənar insani məsələdir- Şamil Ayrım
Cəmiyyət 10:49
İtkin şəxslərin taleyinin aydınlaşdırılması siyasi müzakirələrdən kənar insani məsələdir- Şamil Ayrım
Media və Yayım Şurası: Hanning işi ilə bağlı Azərbaycan adı hallandırılmayıb
Cəmiyyət 10:40
Media və Yayım Şurası: Hanning işi ilə bağlı Azərbaycan adı hallandırılmayıb
Deputat: investisiya layihələrinin ümumi həcmi 27-28 milyard dollara çatır
Cəmiyyət 10:18
Deputat: investisiya layihələrinin ümumi həcmi 27-28 milyard dollara çatır
Azərbaycan Ermənistana 2 mindən çox erməni hərbçinin qalıqlarını təhvil verib
Cəmiyyət 10:12
Azərbaycan Ermənistana 2 mindən çox erməni hərbçinin qalıqlarını təhvil verib
Qurbanov: Azərbaycan yaşıl keçidin inkişafında maraqlıdır
Cəmiyyət 10:11
Qurbanov: Azərbaycan yaşıl keçidin inkişafında maraqlıdır
Azərbaycanda bir gündə 49 cinayət açılıb
Cəmiyyət 10:06
Azərbaycanda bir gündə 49 cinayət açılıb
İşğaldan azad edilmiş ərazilərdən indiyədək 32 kütləvi məzarlıq aşkar olunub
Cəmiyyət 09:58
İşğaldan azad edilmiş ərazilərdən indiyədək 32 kütləvi məzarlıq aşkar olunub
İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşlar unudulmur
Cəmiyyət 09:55
İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşlar unudulmur
FHN-də kadr dəyişikliyi: polkovnik təqaüdə göndərilib
Cəmiyyət 23:34
FHN-də kadr dəyişikliyi: polkovnik təqaüdə göndərilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol