• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşlar unudulmur

İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşlar unudulmur
07.10.2026 09:55

Ermənistanın Azərbaycana qarşı otuz ildən artıq davam edən hərbi təcavüzü nəticəsində uşaqlar, qadınlar və ahıllar da daxil olmaqla, 4010 azərbaycanlı itkin düşmüş şəxs kimi qeydə alınmışdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına müraciət məktubunda deyib.

“Təəssüflə qeyd edirik ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin bu illər ərzində fəaliyyəti nəticə verməmişdir. Vətən müharibəsində qazandığımız tarixi Zəfər və torpaqlarımızın işğaldan azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açmışdır. Bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyətini daha da genişləndirərək itkin düşmüş vətəndaşların yerinin müəyyənləşdirilməsi, kütləvi məzarlıqların aşkar edilməsi məqsədilə intensiv tədbirlər həyata keçirir.

İşğaldan azad edilmiş ərazilərimizdə indiyədək 32 kütləvi məzarlıq aşkar olunmuşdur. İnsan qalıqları üzərində aparılmış ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir. Əsir və girovların beynəlxalq təşkilatlardan gizlədilməsi, işgəncə ilə öldürülməsi və cinayətlərin izlərinin ört-basdır edilməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Bu əməllərə hüquqi qiymət verilməlidir.

Taleyi naməlum şəxslərin aqibətinə aydınlıq gətirmək məqsədilə Azərbaycan bundan sonra da bütün imkanlarını səfərbər etməyə davam edəcək. İtkin düşmüş heç bir vətəndaşımız unudulmur və onların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir. Bu faciə ilə üzləşmiş hər bir ailəyə hərtərəfli dəstək və qayğı göstərmək, onların acılarını bölüşmək mənəvi öhdəliyimizdir.”

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə qaz kəsiləcək
Cəmiyyət 23:52
Bu ərazilərdə qaz kəsiləcək
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 22:16
Sabah bu ərazilərdə işıq olmayacaq
Sabunçuda yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 21:38
Sabunçuda yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Lerikdə iki yol qəzasında üç nəfər xəsarət alıb
Cəmiyyət 20:30
Lerikdə iki yol qəzasında üç nəfər xəsarət alıb
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
Cəmiyyət 18:55
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
Sabah Masallının 5 kəndində qaz olmayacaq
Cəmiyyət 18:08
Sabah Masallının 5 kəndində qaz olmayacaq

Qaradağda ağır qəza -4 nəfər ölüb
Cəmiyyət 17:11
Qaradağda ağır qəza -4 nəfər ölüb

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub
Cəmiyyət 15:18
Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub
Hicran Hüseynova: Bəzi şəxslərə pulsuz hüquqi və vəkil xidməti göstəriləcək
Cəmiyyət 15:04
Hicran Hüseynova: Bəzi şəxslərə pulsuz hüquqi və vəkil xidməti göstəriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol