• $
  • €
  • ₽
  • ₺
  • £

Lerikdə iki yol qəzasında üç nəfər xəsarət alıb

Lerikdə iki yol qəzasında üç nəfər xəsarət alıb
07.10.2026 20:30

Lerik rayonunda iki ayrı yol-nəqliyyat hadisəsi baş verib, nəticədə üç nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, qəzalardan biri Lerik-Zuvand yolunun Blabənd kəndi ərazisində qeydə alınıb.

Sadiq Novruzovun idarə etdiyi "VAZ-2121" ("Niva") markalı avtomobil hərəkətdə olarkən "UAZ" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə "Niva"da olan üç nəfər xəsarət alıb.

Onlardan 1963-cü il təvəllüdlü, Pirəsora kənd sakini Fədail Bəbir oğlu Bağırov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra o, reanimasiya şöbəsinə yerləşdirilib. Digər iki nəfərin xəsarətləri yüngül olub.

Digər qəza Lənkəran-Lerik magistralının 39-cu kilometrində baş verib. Zenoni kənd sakini, 1985-ci il təvəllüdlü Həmid Heybət oğlu Dövlətovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində sürücü və onun həmkəndlisi, 1996-cı il təvəllüdlü İsmayıl Maşallah oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol