• $
  • €
  • ₽
  • ₺
  • £

Fermer nazirə səsləndi - bizə tez yetişən pambıq sortları lazımdır

Fermer nazirə səsləndi - bizə tez yetişən pambıq sortları lazımdır
07.10.2026 11:53

Azərbaycanda pambıq istehsalında məhsuldarlığın artırılması üçün daha tez yetişən və məhsuldar sortların gətirilməsi təklif olunur. Bunu “Azərpambıq” ASC-nin Sabirabad filialının direktoru Əfras Əsgərov Milli Məclisdə “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Bizə tez yetişən, daha məhsuldar sortlar gətirilməlidir”, - Əsgərov bildirib.

O qeyd edib ki, belə sortların tətbiqi pambıqçılıqda məhsuldarlığın artırılmasına və fermerlərin gəlirlərinin yüksəldilməsinə imkan verə bilər.

Əsgərov həmçinin pambıqçı fermerlərin məhsullarını şirkətlə müqavilə bağlamadan istehsal edib sonradan emal və satışını həyata keçirə bilməsi üçün dövlət təminatlı pilot layihənin yaradılmasını təklif edib.

“Özümün də pulum var, qardaşımın da pulu var. Biz bir 7-8 hektar pambığı heç bir şirkətlə müqavilə bağlamadan əkək, bəyan edək və həm subsidiyasını alaq. Sizin təminatınızla emal zavodlarının biri ilə müqavilə bağlayaq, pambığı orada tayalaşdıraq, sonra orada emal edək, çiyidini özümüz sataq, mahlıcını gətirib öz naveslərimizin altında yerləşdirək. Bizə sərf edən qiymətə xarici alıcıya sataq”, - o deyib.

Fermerin sözlərinə görə, bu modelin işləməsi üçün dövlət təminatı vacibdir.

“Bu da ancaq sizin, dövlətin təminatı ilə olmalıdır. Mən sabah pambığı tayalaşdırdım, müqavilə bağladığım zavod məni aldada da bilər, mənim pulumu verməyə də bilər”, - o bildirib.

Filial direktoru pambıqçılıqda istifadə olunan pestisidlərin keyfiyyəti və tətbiq dozaları ilə bağlı da problem olduğunu deyib. Onun sözlərinə görə, bəzi hallarda preparatların normadan artıq istifadəsi fermerlərin xərclərini artırır və bu sahədə araşdırma aparılması üçün komissiyanın yaradılmasına ehtiyac var.

Gülnar Nazimqızı 

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol