• $
  • €
  • ₽
  • ₺
  • £

Prokurorluqda işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Prokurorluqda işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək
07.10.2026 12:48

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə oktyabrın 9-da prokurorluq orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

DİM-dən  bildirilib ki, imtahanda iştirak etmək üçün 324 namizəd qeydiyyatdan keçib.

İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50, TÜRKPA-nın yanı) elektron formada keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in “Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı” xidməti vasitəsilə əldə edə bilərlər. İmtahana gələrkən namizədlər şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni təqdim etməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq aşkarlandıqda namizəd imtahana buraxılmayacaq.

İmtahan saat 10:00-da başlayacaq. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya ayrılmış vaxt başa çatdıqda nəticələri ilə tanış ola biləcəklər. İmtahanın nəticələri, həmçinin növbəti gün DİM-in internet saytında yerləşdiriləcək. İmtahanın keçirilməsi qaydaları ilə bağlı məlumat “Yaddaş kitabçası”nda əks olunub. Namizədlərin imtahandan əvvəl həmin kitabça ilə tanış olmaları tövsiyə edilir.

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərə köçürülən sakinlərdən 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərə köçürülən sakinlərdən 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol