• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 250 natiq debatlarda iştirak edib

Bakıda 250 natiq debatlarda iştirak edib
22.12.2014 14:46
DVC ("Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) və Azərbaycan Sığortaçılar Asossasiyasının birgə əməkdaşlığı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Sığortalı Gənclik” layihəsi çərçivəsində təşkil olunan "Bakı Gənclər Debat Forumu – Payız 2014” – ün qrup və play-off mərhələləri baş tutub.

Tədbir 20-21 dekabr 2014-cü il tarixində həyata keçirilib. Forumda 250-ə yaxın gənc Bakı şəhərinin 15 ali təhsil müəssisəsini təmsil edib.

"Bakı Gənclər Debat Forumu – Payız 2014” - ə çərçivəsində Bakı şəhərinin universitetlərində 600 nəfəri əhatə edən debat təlimləri, həmçinin 400 nəfərin iştirakı ilə "Sığortanın Əsasları” mövzusunda təlimlər keçirilib və sözü gedən ali təhsil müəssisələrində Daxili Debat Forumları baş tutub.

Bakı Slavyan Universitetinin ev sahibliyi etdiyi forum zamanı baş tutan 136 debat raundunda spikerlər "Sığortalanmada fiziki şəxslərin məsuliyyəti” mövzusunu müzakirə ediblər. Qrup mərhələsində uğurlu nəticəni göstərən komandalar forumun final mərhələsində iştirak hüququ qazanıb.

Forumun final mərhələsinə azərbaycan bölməsi üzrə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti, rus bölməsi üzrə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Bakı Dövlət Universitetinin komandaları vəsiqə qazanıblar. Forum zamanı azərbaycan bölməsi üzrə 10, rus bölməsi üzrə 5 ən yaxşı natiq seçilib.

Məlumat üçün qeyd edək ki, forumun bağlanış mərasimi 25 dekabr 2014 – cü il tarixində keçiriləcək. Mərasim çərçivəsində qalib komandalar və ən yaxşı natiqlər mükafatlandırılacaq.

Xatırladaq ki, "Sığortalı Gənclik” layihəsi 18 noyabr 2014 – cü il tarixində start götürüb və layihənin məqsədi Azərbaycan gəncləri arasında sığorta sahəsinin təbliği və təşviqi, gənclərin işçi kimi bu sahəyə cəlb olunması, onlarda sığorta mədəniyyətinin formalaşdırılmasıdır. Sözü gedən Layihə Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, DVC ("Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi”), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol