• $
  • €
  • ₽
  • ₺
  • £

ARGTMŞ-ın sədri regionlardakı üzv təşkilatları ilə görüşüb

ARGTMŞ-ın sədri regionlardakı üzv təşkilatları ilə görüşüb
16.04.2015 12:45
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə Azərbaycanın regionlarına səfəri çərçivəsində ARGTMŞ-ın Gəncə və Şəki şəhərlərində fəaliyyət göstərən üzv təşkilatlarının rəhbər və səlahiyyətli nümayəndələri ilə görüşüb.

Gəncə şəhərində keçirilən görüşdə bu şəhərdə fəaliyyət göstərən "Odlar Yurdu” Gənclər İctimai Birliyi, "Gələcəyə Körpü” Gənclər İctimai Birliyi, "Gənc Liderlər Təhsil-Təlim və İnkişaf” İctimai Birliyi və Gənclər üçün Təhsil Mərkəzinin Gəncə filialı, Şəki şəhərində keçirilən görüşdə "Gənc Novatorlar” İctimai Birliyi, "Yaddaş" Maarifçi Gənclər İctimai Birliyi və "Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin Şəki Regional Debat mərkəzinin rəhbər və səlahiyyətli nümayəndələri iştirak edib.

Görüşlər zamanı ARGTMŞ və onun regionlarda fəaliyyət göstərən üzv təşkilatları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, bu istiqamətdə birgə proqramların həyata keçirilməsi məsələsinə toxunulub və təkliflər səsləndirilib. Görüşlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında 2015 - ci il Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili” elan edilməsi ilə əlaqədar kəndlərdə insan kapitalının inkişafında regionlarda fəaliyyət göstərən gənclər təşkilatlarının rolundan danışılıb. ARGTMŞ-ın sədri Şahin Seyidzadə bildirib ki, ARGTMŞ daima regionlarda fəaliyyət göstərən gənclər təşkilatlarını diqqət mərkəzində saxlayır və onlarla əməkdaşlıqda maraqlıdır. O, həmçinin qeyd edib ki, ARGTMŞ tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən "Yerli Gənc” Kənd Gənclərin İnkişaf Proqramı üzv təşkilatlarla əməkdaşlıq əsasında kənd gənclərin inkişaf etdirilməsini nəzərdə tutur. Görüş zamanı həmçinin qarşıdan gələn "Bakı 2015” 1-ci Avropa Oyunları ilə bağlı gənclər arasında maarifləndirmənin aparılmasının vacibliyi vurğulanıb. Görüşlər qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə davam edib.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 20 ildir fəaliyyət göstərir və Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edən 112 gənclər təşkilatını və minlərlə gənci birləşdirir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol