Ceyhun Mollazadə 10-cu GTI toplantısında iştirak edir

17:52 | 10.06.2014
Ceyhun Mollazadə 10-cu GTI toplantısında iştirak edir

Ceyhun Mollazadə 10-cu GTI toplantısında iştirak edir

Öz işinə Şanxayda başlayan GTİ təşkilatının (Global TD-LTE İnitiative) 10-cu toplantısına ənənəvi olaraq təşkilata üzv şirkətlərin liderləri toplaşıb. Toplantıda Microsoft, Vodafone, Huawey, Sprint, Coolpad, Ericsson, Nokia, Datang, UK Broadband, Qualcomm, Samsung, ZTE kimi qlobal telekommunikasiya şirkətlərin rəhbərləri 4G texnologiylarının ən son xidmətlərini, rabitə kanallarının işini, yeni biznes modellərini və inkişaf startegiyalarını müzakirə ediblər.Seminara xüsusi dəvət alan Sazz 4G İnternet provayderi “AzQtel” şirkətinin prezidenti Ceyhun Mollazadə GTİ sessiyalarında iştirak edərək Azərbaycanda həyata keçirilən qlobal telekommunikasiya layihələri haqqında məlumatları iştirakçılara təqdim edib, təcrübə mübadiləsi aparıb.SAZZ brendi altında Azərbaycanda ilk dəfə simsiz genişzolaqlı İnternet xidmətlərini tətbiq etmiş “AzQtel” şirkəti 2013-cü ildən etibarən GTİ üzvlüyünə qəbul olunub. Şirkətin prezidenti C.Mollazadə ənənəvi olaraq GTİ-ın illik toplantılarda iştirak edir, məruzələrlə çıxış edir.Sazz İnternet mütamadi olaraq beynəlxalq İKT konfrans və sərgilərində yeni məhsul və xidmətlərini nümayiş etdirir.Bu həftə şirkətin əməliyyatlar üzrə meneceri Semmi Boaçi Fransada keçirilən digər mötəbər beynəlxalq İKT konfransında Sazz İnterneti təmsil edir. Fransanın texnoloji parkı hesab edilən Sofiya Antipolis şəhərciyində keçirilən 3GPP Global İnitiative konfransında beynəlxaq səviyyəli telekommunikasiya şirkətləri İnternet şəbəkələrinin son yeniliklərini nümayiş etdirərək, təcrübə mübadiləsi aparacaqlar.Konfrans iyunun 18-ə qədər davam edəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb