“CinemaPlus” kinoteatrında “Kloverfild, 10” qorxu filmi - Fotolar

14:13 | 30.03.2016
“CinemaPlus” kinoteatrında “Kloverfild, 10” qorxu filmi - Fotolar

“CinemaPlus” kinoteatrında “Kloverfild, 10” qorxu filmi - Fotolar

Azərbaycanın premium kinoteatrı "CinemaPlus”da mart ayının 29-da qorxu-trillerin fantastika ilə ahəngi atmosferi hökmran olacaq "Kloverfild, 10” filminin mətbuat üçün öncədən nümayişi keçirilib.
 
 
Cey Cey Abramsın prodüsserliyinin rəhbərliyi altında rejissor Den Traktenberqin çəkdiyi film,  sözsüz ki, elmi fantastika janrının yaraşığı olacaq. Filmdə sirr, təhqiqat, dram, komediya var və bütün bunlar hamısı böyük bir nəyinsə günbəzinin altında gizlənir hansının ki, sona kimi üstü açılmır. Baş rollarda Meri Elizabet Uinsted, Con Qudman və Con Qallaher kiçik.    
 
 
Avtomobil qəzasından sonra qız bir vətəndaşın zirzəmisində ayılır. Həmin vətəndaş iddia edir ki, qızı kimyəvi hücumdan xilas edib, hansı ki, bunkerin hüdudlarından kənarda dünyanı yaşayış üçün yararsız edib.   
 
 
"CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş hisslər bəxş etmək və kinomatoqrafiyada çəkiləcək ən son premyeralar ilə sevindirməyə hazırdır.
 
"CinemaPlus” Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.
 
 
Qeyd etmək istəyirik ki, Azərbaycanın premium kinoteatrı "28 Cinema” adını dəyişib. Kinoteatrın yeni adı – "CinemaPlus”dır.
 








www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb