"Coca-cola" içkiləri bahalaşdı - Azərbaycanda

23:00 | 24.01.2015

"Coca-cola" içkiləri bahalaşdı - Azərbaycanda

Bu gündən etibarən sərinləşdirici içkilərin bahalaşması qərarı qüvvəyə minib. Axar.az xəbər verir ki, Avropa Yay Oyunlarının reklamçısı olan "Azərbaycan Coca-Cola Bottlers” MMC itkilərini kompensasiya etmək üçün qərarını dəyişmədi.
 
Şirkətin istehsal etdiyi bir sıra sərinləşdirici qazlı və qazsız içkilərin qiyməti yanvarın 24-dən etibarən 10-20 qəpik bahalaşıb.
 
Benzinin qiyməti ilə eyni gündə bahalaşan "Coca-cola" məhsullarının qiymətininin düşəcəyi gözləntiləri özünü doğrultmadı.
 
Artıq mağazalarda bu içkilər aşağıdakı şəkildə bahalaşıb:

- 0,5 lt plastik qabda qablaşdırılan "Cappy” içkisi 60 qəpikdən 70 qəpiyə
- 0,5 lt plastik qabda qablaşdırılan "Fuse tea” içkisi 60 qəpikdən 70 qəpiyə
- 0,5 lt plastik qabda qablaşdırılan "Burn” içkisi 1 manat 90 qəpikdən 2 manat 10 qəpiyə
- 0,5 lt plastik qabda qablaşdırılan "Bonaqua” (qazlı və qazsız) içkisi 20 qəpikdən 25 qəpiyə
- 2 lt plastik qabda qablaşdırılan "Bonaqua” (qazlı və qazsız) içkisi 50 qəpikdən 60 qəpiyə
- 5 lt plastik qabda qablaşdırılan "Bonaqua” (qazsız) içkisi 1 manat 10 qəpikdən 1 manat 30 qəpiyə artırıldı.




ANN.Az



 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb