“Coca-Cola” sahibkarı məhkəməyə verdi

21:30 | 16.07.2019
“Coca-Cola” sahibkarı məhkəməyə verdi

“Coca-Cola” sahibkarı məhkəməyə verdi

Azərbaycanda tanınmış şirkət sahibkarı məhkəməyə verib.
Oxu.Az xəbər verir ki, iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən "Azərbaycan Coca-Cola Bottlers Limited” MMC sahibkar Gündüz Əliyev barəsində tələb irəli sürüb.

İddia tələbində qeyd edilib ki, tərəflər arasında bağlanmış "Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən, cavabdehdən əvəzsiz istifadəyə verilmiş soyuducunun dəyərinin iki misli həcmində, yəni 4000 manat, digər müqaviləyə görə, 691 manat tutulmalıdır.
Məhkəmə iddianı təmin edib və 691 manat, həmçinin 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh G.Əliyevdən tutularaq iddiaçı "Azərbaycan Coca-Cola Bottlers Limited” MMC-yə ödənilməsi barədə qərar çıxarıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb