COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən ekoloji həssas mövzulara ictimaiyyətin diqqətinin cəlb edilməsinə yönələn təşəbbüslərin davamı olaraq COP29 könüllülərinin dəstəyi ilə "Ekoloji təmiz həyat tərzinə keçid” adlı tədbir keçirilib.
Avqustun 23-də Bakının dənizkənarı bulvarında yerləşən COP29 Məlumat Mərkəzində baş tutan aksiya çərçivəsində paytaxt sakinləri tullantı hesab edilən plastik, kağız və batareya kimi istifadə edilmiş və istismardan çıxarılmış müxtəlif əşyaların təhvil verilməsinə dəvət ediliblər. Tullantıların toplanması üçün Məlumat Mərkəzinin qarşısında təşkil edilmiş məntəqələrə gələn çoxsaylı sakinlər burada quraşdırılmış monitorlar vasitəsilə plastikdən istifadənin zərərli təsirləri, tullantıların düzgün utilizasiya qaydaları, kağızın təkrar emalı yolları, dayanıqlı həyat tərzi vərdişlərinin önəmi, ətraf mühitin qorunmasına töhfə vermək üçün praktiki həllər kimi mövzularda videoçarxlar vasitəsilə ətraflı məlumatlandırılıblar.
Aksiya nəticəsində toplanmış tullantılar qanunamüvafiq şəkildə utilizasiya edilməsi üçün "Təmiz Şəhər” ASC və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumuna təhvil verilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !