COVID-19 infeksiyasına qarşı Rusiyada hazırlanan peyvənd 100 faiz müsbət nəticə verib

21:43 | 20.11.2020
COVID-19 infeksiyasına qarşı Rusiyada hazırlanan peyvənd 100 faiz müsbət nəticə verib

COVID-19 infeksiyasına qarşı Rusiyada hazırlanan peyvənd 100 faiz müsbət nəticə verib

"Vektor” mərkəzi tərəfindən koronavirus peyvəndi vurulan könüllülərin 100 faizində koronavirusa qarşı anticisimlər formalaşıb.
REN TV xəbər verir ki, bu barədə Rusiyanın "Vektor” Dövlət Virusologiya və Biotexnologiya Elmi Mərkəzindən məlumat verilib.

"Klinik tədqiqatlar göstərir ki, "EpiVacCorona” peyvəndi ilə immunizasiya olunan könüllülərin  100 faizində anticisimlər aşkar edilib” - deyə mərkəzdən bildirilib.

Məlumatda həmçinin qeyd olunur ki, "Vektor” peyvəndi vurulan insanlarda ciddi yan təsirlər müşahidə edilməyib.

Bununla belə mütəxəssislər bildirib ki, vaksinin qoruyucu effektivliyinin tam qiymətləndirilməsi yalnız qeydiyyatdan sonrakı tədqiqatların ilkin və ya yekun nəticələri ümumiləşdirildikdən sonra verilə bilər

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb