COVİD -19 xəstəsindən işə çıxmaq tələb olunur -AÇIQLAMA

08:23 | 03.02.2022
COVİD -19 xəstəsindən işə çıxmaq tələb olunur -AÇIQLAMA

COVİD -19 xəstəsindən işə çıxmaq tələb olunur -AÇIQLAMA

Səhiyyə qurumları 5 gün koronavirusa yoluxmuş müəlliməyə baş çəkimir, onun çalışdığı təhsil müəssisəsinin rəhbərliyi isə xəstə durumda işə çıxmasını tələb edir, bunu anews.az-a açıqlamasında hüquq müdafiəçisi Ələsgər Məmmədli deyib.
 
"Şənbə günü yoldaşımın hərarəti yüksəldiyindən xəstələndiyini düşündüm və 814 qaynar xəttinə zəng elədim. Bir neçə saat musiqi dinlədikdən sonra məlum oldu ki, telefonları musiqiyə bağlayıb zənglərə cavab vermirlər.  5 gündür aiddiyatı üzrə qurumlara test götürməsi üçün zəng etməyimə baxmayaraq bu müddətdə ancaq musiqi dinləmişəm. Gah dedilər bazar günüdür işləmirik, gah dedilər bu gün bütün günü doluyuq. Özüm aptekdən test aldım və nəticəsi pozitiv çıxdı.Bu gün sosial hesabımda post paylaşandan sonra gəlib hər ikimizdən test götürdülər. Artıq özüm də koronavirusa yoluxmuşam. Həyat yoldaşım məktəbdə müəllim olduğu üçün rəsmi pozitiv nəticəsi olmadığına görə, işə çıxması tələb edirlir. Ölkədə COVİD-i məhz bu səhiyyə sistemi sürətlə yayır. Həm də bunu qəsdən edir. Mənim bu yaşadıqlarım buna şübhə yeri qoymur", - deyə hüquq müdafiəşisi bildirib.
 
COVİD-19 yoluxmuş həkim rəsmi test nəticəsi yoxdursa işə çıxmalıdırmı?
 
Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehovun sözlərinə görə,  ümümiyyətlə təkcə koronavirus xəstəliyi deyil, digər xəstəilklər,  məsələn qrip, respirator xəstəlikləri də olarsa bu zaman müəllim işə çıxmamalıdır.
 
"Bəzən müəllimlər bizim bu dediklərimizdən sui-istifadə edir işdən yayınırlar. Amma nəticəsi pozitiv çıxan istənilən şəxs eləcə müəllim heç bir halda məktəbə getməməlidir",  - deyə mətbuat sözçüsü qeyd edib.
 
Azərbaycanda son bir gündə koronavirus (COVID-19) infeksiyasına 6 620 yeni yoluxma faktı qeydə alınıb, 3 385 nəfər müalicə olunaraq sağalıb, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb